Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:38

Putin Ukrayna müharibəsinə 'könüllüləri' cəlb edir


Mariupol
Mariupol

Kiyevin meri Vitali Kliçko şəhəri və ətrafını 2 milyonadək insanın tərk etdiyini söyləyib

Ukrayna rəsmiləri dinc sakinlərin intensiv döyüş zonasından çıxması üçün humanitar dəhlizlərin açılacağına ümidvar olduğunu deyib. “Bu gün bunun işləyəcəyinə ümid edirik”, – Baş nazir müavini İrina Vereşçuk vurğulayıb.

Qırmızı Xaç Mariupolda 400 mindən çox insanın humanitar yardımsız qaldığını, şəhərin “apokaliptik” vəziyyətdə olduğunu bildirir.

“Onlara Mariupolu girov saxlamaq, ona rişxənd etmək, daim bombalamaq üçün aydın göstəriş verilib”, – Prezident Volodimir Zelenski martın 10-da xalqa müraciətində deyib.

Ukrayna Rusiya qüvvələrini martın 11-də İzyum şəhərində psixiatrik xəstəxananı vurmaqda ittiham edib. Region qubernatoru bombardmanı “dinc sakinlərə qəddar hücum” adlandırıb. Təhlükəsizlik xidmətləri pasiyentlər zirzəmiyə sığındığından xəsarət alan olmadığını bildirib.

Rusiya mülki obyektləri hədəfə almadığı desə də, buna çoxsaylı fotolar, videolar, şahid ifadələri var.

***

Rusiya Prezidenti Vladimir Putin martın 11-də deyib ki, Ukraynaya qarşı müharibəyə əcnəbilərin cəlbinə icazə veriləcək. Putin Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılara Ukrayna qüvvələrindən qənimət götürülmüş Qərb raket sistemlərinin verilməsini də təsdiqləyib.

Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin deyib ki, Ukraynada Rusiya qüvvələrinə əcnəbilərin qoşulması ideyasını dəstəkləyir. Daha öncə Müdafiə naziri Sergey Şoyqu deyib ki, Yaxın Şərqdən 16 min könüllü müharibədə Rusiyanın tərəfində döyüşməyə hazırdır.

"Könüllü əsasda kömək etmək istəyən adamlar görsəniz, onları yarıyolda qarşılayıb döyüş zonalarına getməsinə kömək edin", – Putin televiziya ilə yayımlanan iclasda deyib.

“The Wall Street Journal” daha öncə ABŞ hakimiyyətində mənbələrə istinadla yazıb ki, Rusiya Ukraynada müharibəyə suriyalı muzdluları göndərməyi planlaşdırır. Məqalədə deyilirdi ki, söhbət şəhər şəraitində döyüşmək təcrübəsi olan döyüşçülərdən gedir.

Putin Şoyqunun daha bir təklifinə razılıq verib. Nazir təklif edib ki, "Javelin" və "Stinger" kimi qənimət ABŞ istehsalı antitank sistemləri Ukraynanın şərqində olan separatçılara verilsin.

Rusiya ordusu Ukraynaya hücumu genişləndirir

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Lutsk və İvano- Frankovsk şəhərlərində iki hərbi aerodromu dağıtdığını, onları sıradan çıxardığını bildirir. Rusiya ordusunun Ukraynaya qarşı üçüncü həftəyə keçmiş işğalını genişləndirdiyi görünür.

Nazirliyin sözçüsü İqor Konaşenkovun söslərinə görə, fevralın 24-dən Rusiya qüvvələri Ukraynada 3 min 213 hərbi obyekti dağıdıblar. Rusiya Ukraynaya qarşı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır.

Nazirlik martın 11-də Kiyev, Sumi, Xarkov, Mariupol və Çerniqovdan yenidən humanitar dəhlizlər açacağını bəyan edib. Öncəki günlər günboyu atəşkəs iddialarına baxmayaraq, bu dəhlizlər Rusiya qüvvələri tərəfindən davamlı atəşə tutulub.

Dneprə zərbə endirilib

Rusiyanın iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb. Amma İvano-Frankovsk və Lutskda yerli hakimiyyət iki aeroportu yaxınlığında partlayış baş verdiyini bildiriblər. Bu partlayışlar Rusiyanın hücuma keçdiyi ərazilərdən xeyli qərbdə yerləşdiyindən, yeni istiqamətdən hücuma keçildiyini göstərə bilər.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko deyib ki, martın 11-də Rusiya şərqdəki Dnepr sənaye şəhərinə raket zərbələri endirib, azı bir nəfər həlak olub.

Britaniyanın Müdafiə Nazirliyi isə Rusiyanın işğal planının məqsədlərinə çatmadığını bildirib. Amma quru qüvvələri məhdud da olsa, irəliləyiş əldə edir.

Qurum logistik problemlərin Rusiyanın hücumuna təsir göstərdiyini deyib, amma növbəti günlərdə hücumun yenilənəcəyi ilə bağlı xəbərdarlıq edib. Paytaxt Kiyevə qarşı da əməliyyatların başlanacağı gözlənir.

Kiyevə hücum hazırlığı

Yeni peyk təsvirləri Kiyev yaxınlığındakı 64 km-lik hərbi konvoyun şəhərlərə və meşələrə yayıldığını göstərib. Qaubitsalar isə atəş açmaq mövqeyi alıb ki, bu da şəhərə hücum hazırlığını göstərir.

Kiyevin meri Vitali Kliçko şəhəri və ətrafını 2 milyonadək insanın tərk etdiyini söyləyib.

Ukrayna Silahlı qüvvələri Rusiya qüvvələrinin şimal-qərb və şərqdən Kiyevə doğru irəlilədiyini, amma Çerniqov tərəfdən geri oturdulduğunu bildirib. Ukrayna döyüşçüləri Baklanova Muraviikaya nəzarəti geri alıblar.

Azərbaycanın Qlobal İnternet şəbəkəsinə Rusiya üzərində qoşulması hansı risklər yaradır?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Bu arada Rusiyanı təcrid etmək və sanksiyalar yönündə işlər davam edir. Qərb və Ukrayna rəsmiləri mühasirədə olan Mariupol liman şəhərində doğum xəstəxanasına raket zərbəsini “müharibə cinayəti” adlandırıblar.

Rusiyanın işğalı başlayandan Ukraynadan qaçanların sayı 2.2 milyona yaxınlaşır. Polşa sərhəd xidməti martın 10-dək 1.43 milyon ukraynalının ora getdiyini bildirib.

XS
SM
MD
LG