Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:32

Canlı efirdə etiraz aksiyası keçirən jurnalist cərimə olunub


Zelenski canlı yayımda Rusiyaya etiraz edən jurnalistə təşəkkür etdi
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Zelenski canlı yayımda Rusiyaya etiraz edən jurnalistə təşəkkür etdi

Marina Ovsyannikovanı bu aksiyadan əvvəl yazdığı videoya görə mühakimə ediblər

Moskvada Ostankino məhkəməsi 1-ci kanalın redaktoru Marina Ovsyannikovanı qanunsuz etiraz aksiyalarına çağırışa görə 30 min rubl (276 dollar) cərimə edib.

Jurnalist martın 14-də Vremya xəbərlər proqramının canlı efiri zamanı aparıcının arxasında dayanaraq Ukraynaya qarşı müharibə əleyhinə plakat qaldırmışdı.

Amma onu bu aksiyadan əvvəl yazdığı videoya görə mühakimə ediblər.

Hakim Anna Bolotnikova deyib ki, internetdə yayılmış bu videoda Ovsyannikova “qeyri-məhdud sayda şəxsləri ictimai tədbirdə iştiraka dəvət edib”.

Məhkəmə qərarında sözü gedən videoda Ovsyannikovanın “mitinqlərə çıxın” çağırışı əsas götürülüb:

"Biz 2014-cü ildə, bütün bunlar başlananda susduq. Biz Kreml Navalnını zəhərləyəndə mitinqlərə çıxmadıq. Biz bu qeyri-insani rejimi mütiliklə seyr etdik. İndi isə bütün dünya bizdən üz çevirib. Bizdən sonra gələn 10 nəsil törəmələrimiz də bu qardaş qırğınının rüsvayçılığından xilas ola bilməyəcəklər. Biz rus adamlarıyıq, düşüncəli və ağıllıyıq. Bu divanəliyi dayandırmaq bizim əlimizdədir. Qorxmayın, mitinqlərə çıxın. Onlar hamımızı həbsxanaya ata bilməzlər”.

Marina Ovsyannikova martın 14-də canlı efirdəki aksiyasından dərhal sonra saxlanmışdı. TASS dövlət xəbər agentliyi bildirir ki, İsitntaq Komitəsi jurnalsitin hərəkəti ilə bağlı faktları yoxlayır və Ovsyannikovaya qarşı martın əvvəlində qəbul olunmuş CM maddəsi tətbiq oluna bilər. Bu halda onu 10 ilıədək həbsxana cəzası gözləyir.

Ovsyannikova məhkəmədən sonra deyib ki, 14 saat ərzində vəkilsiz dindirilib. Jurnalist ona qarşı cinayət işi qaldırılıb-qaldırılmayacağına dair sualı şərh etməyib.

XS
SM
MD
LG