Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:10

Almaniya Rusiyanın daha 40 diplomatını ölkədən çıxarır


Berlindəki Rusiya səfirliyinin qarşısında etirazçı
Berlindəki Rusiya səfirliyinin qarşısında etirazçı

Bəyanatda deyilir ki, rəsmi Berlin başqa partnyorları ilə birlikdə Rusiyaya qarşı növbəti addımlar üzərində işləyir

Almaniyanın federal hökuməti 40 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.

Bu barədə məlumatı Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlayıb.

Almaniya XİN-in məlumatına görə bu ölkədə Rusiyanın 104 diplomatı akkreditə olunub.

Almaniya XİN-in bu barədə bəyanatında deyilir:

"Buçadan görüntülər Rusiya rəhbərliyi və onların təbliğatına əməl edənlərin törətdikləri qəddarlığı nümayiş etdirir. Buna görə də Almaniyanın federal hökuməti Rusiya səfirlyinin əhəmiyyətli sayda əməkdaşının arzuolunmaz şəxs elan edilməsi qərarına gəlib. Bu adamlar burada Almaniyada bizim azadlığımıza, cəmiyyətimizin birliyinə qarşı hər gün fəaliyyət göstəriblər”.

Bəyanatda deyilir ki, rəsmi Berlin başqa partnyorları ilə birlikdə Rusiyaya qarşı növbəti addımlar üzərində işləyir:

“Biz Rusiya üzərinə mövcud sanksiyaları daha da sərtləşdirəcək, Ukrayna silahlı qüvvələrinə dəstəyimizi qətiyyətlə artıracaq və NATO-nun şərq cinahını möhkəmləndirəcəyik”.

Bu arada iki Baltik ölkəsi Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini endirib.

Bu barədə məlumatı aprtelin 4-də Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis verib.

O bildirib ki, Rusiya səfirinə öz ölkəsinə qayıtması tövsiyə edilib.

Məlumatda deyilir ki, Rusiyanın Klaypedadakı konsulluğu bağlanacaq, Litvanın Moskvadakı səfiri geri çağırılacaq.

XS
SM
MD
LG