Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:20

Ötən il Gəncədə ölənlərin sayı doğulanların sayını keçib


Hökumət uşaqpulunun büdcəsini haradan tapa bilər?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Hökumət uşaqpulunun büdcəsini haradan tapa bilər?

Dövlət Statistika Komitəsi (DSK) əhaliyə dair ötən ilin yekununa olan statistik göstəriciləri açıqlayıb. Bütövlükdə ölkə, eləcə də hər bir rayon və şəhər üzrə təbii artım göstəriciləri ayrıca diqqət çəkir. Təbii artım deyərkən ilboyu doğulan və ölənlər arasındakı fərq nəzərdə tutulur. Son illərdə doğum sayının azalması, ölüm sayınınsa, əksinə, çoxalması Azərbaycanda təbii artım göstəricilərini aşağı salıb. 1994-cü ildən sonra ilk dəfə 2010-cu ildə Azərbaycanda təbii artım göstəricisi 100 min nəfəri ötmüşdü. Həmin il Azərbaycanda doğulanların sayı vəfat edənlərin sayını 112 mindən çox qabaqlamışdı. Bu meyl 2016-cı ilədək davam etdi. 2017-ci ildən bəri Azərbaycanda təbii artım göstəricisi yenidən 100 mindən az olmağa başlayıb. Son iki ildə Azərbaycanda təbii artımdakı azalma daha da sürətlənib. Məsələn, 2020-ci ildə ölkədə təbii artım 51 min, 2021-ci ildə isə 35 min nəfər olub.

Təbii artım göstəricisinin azalması ölkədə yaşlı əhalinin toplam əhali içərisindəki payını da artırıb. Bu ilin əvvəlinə ölkədə əhalinin 7.8 faizi 65 və daha yuxarı yaşlı vətəndaşlar olub. İndi Azərbaycanda 65 yaşdan yuxarı 800 min vətəndaş var. 2015-ci ildə ölkədə belələrinin sayı cəmi 571 min nəfər idi (ölkə əhalisinin 6 faizi).

Dünya Səhiyyə Təşkilatının meyarlarına görə, 65 və yuxarı yaşlı əhalinin toplam əhali sayındakı payı 7 faizi ötərsə, həmin ölkənin əhalisi qoca sayılır. Azərbaycan ilk dəfə ötən il bu həddi keçmişdi. 2020-ci ilin sonunda ölkə əhalisinin 7.14 faizi 65 yaşdan yuxarı şəxslər idi. Bu il həmin göstərici artıq 8 faizə yaxınlaşıb. Başqa sözlə, Dünya Səhiyyə Təşkilatının meyarlarına əsasən, artıq Azərbaycan da əhalisi qoca ölkələr siyahısına daxil olub.

Ölkənin ikinci böyük şəhərində demoqrafiq problem var

Ölkə üzrə toplam təbii artım göstəricisi azalsa da, bu, heç də bütün regionlarda eyni miqyasda deyil. Rəsmi açıqlanan məlumatlardan ən çox diqqət çəkəni əhali sayına görə ölkənin ikinci böyük şəhəri Gəncə ilə bağlıdır. Belə ki, burada ötən il 2 min 568 uşaq doğulub, 2 min 772 nəfər vəfat edib. Beləcə, 2021-ci ildə ölkənin Abşeron yarımadasından kənardakı ən böyük şəhərində vəfat edənlərin sayı doğulanlardan 204 nəfər daha çox olub. 2022-ci il yanvarın 1-nə olan göstəriciyə görə, Gəncə şəhərinin əhalisi 335 min 800 nəfərdir. Ötən il ölkədə əhalisi azalan yeganə inzibati ərazi vahidi Gəncədir (Bakı şəhərinə daxil olan Yasamal və Nərimanov rayonları istisna olmaqla). Digər bütün şəhər və rayonlarda əhalinin təbii artımı ötən illərlə müqayisədə azalsa da, bütövlükdə müsbət olub.

Cədvəl: 2021-ci ildə Azərbaycanda respublika tabeli şəhərlərdə təbii artım göstəricisi:

Şəhər

Təbii artım (nəfər)

Bakı şəhəri

2323

Sumqayıt şəhəri

350

Yevlax şəhəri

210

Şirvan şəhəri

190

Mingəçevir

126

Lənkəran şəhəri

96

Naxçıvan şəhəri

58

Naftalan şəhəri

12

Şəki şəhəri

-58

Gəncə şəhəri

-204

Təbii artımın ən çox və ən az olduğu bölgələr

Gəncə şəhəri ilə yanaşı, Naftalan şəhəri (13 nəfər), Ordubad (21 nəfər) və Şahbuz rayonları da (23 nəfər) ölkədə təbii artımın ən aşağı olduğu bölgələrdir. Sadəcə rayon mərkəzləri nəzərə alınsa, Qax, Şəki, Tərtər, Gədəbəy və Qazaxda da əhalinin sayca azalması gözə çarpır. Ancaq həmin rayonların kəndlərində əhali artımı daha çox olduğundan yekunda təbii artım göstəricisi müsbət olub.

Bakı nəzərə alınmasa (2323 nəfər), ölkədə təbii artımın sayca ən yüksək olduğu bölgələr Cəlilabad (2152 nəfər), Sabirabad (1501 nəfər), Şəmkir (1119 nəfər), Quba (1082 nəfər) və Xaçmazdır (1062 nəfər). Yalnız bu sadalanan beş rayonda təbii artım dördrəqəmli həddə olub. İl ərzində qeydə alınan toplam təbii artımın təxminən dördə biri məhz Bakının və bu beş rayonun payına düşüb.

XS
SM
MD
LG