Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:42

Zelenski Ukraynanın NATO üzvlüyünə müraciət etdiyini deyir


Ukrayna qüvvələri Liman şəhərinin yaxınlığındadır
Ukrayna qüvvələri Liman şəhərinin yaxınlığındadır

Rusiyayönlü mənbələr bildirirlər ki, Liman şəhəri yaxın zamanda onun müdafiəçiləri ilə birlikdə zəbt oluna bilər

NATO Rusiyanın ilhaq qərarına münasibət bildirib

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Rusiyanın Ukrayna müharibəsində son hərəkətləri “çox ciddi eskalasiyadır”.

Stoltenberq Vladimir Putinin qismən səfərbərlik qərarı, “məsiliyyətsiz qılınc oynatması” və sentaybrın 30-da Ukrayna ərazilərinin qanunsuz ilhaqı barədə danışıb.

Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun baş katibi Rusiyanın Ukraynadakı torpaq qəsbkarlığını pisləyib.

O deyib ki, belə bir hal II Dünya Müharibəsindən bəri baş verməyib.

Stoltenberq deyib ki, NATO müttəfiqləri ilhaq edilmiş torpaqlardan heç birini Rusiyanın ərazisi kimi qəbul etməyəcəklər.

Onun sözlərinə görə Putinin son hərəkətləri onun zəifliyini göstərir.

Stoltenberq xəbərdar edib ki, Rusiyanın nüvə silahına əl atması “ciddi nəticələrə” səbəb olacaq.

Ukraynanın NATO üzvlüyü məsələsinə gəlincə isə Stoltenberq deyib ki, bu məsələdə alyansın 30 üzvünün yekdil qərarı zəruridir.

Ukrayna prezidenti Volodimir Zelenski sentaybrın 30-da bəyan edib ki, onun ölkəsi sürətləndirilmiş qaydada NATO üzvlüyü üçün ərizə verib.

O habelə deyib ki, Rusiyada prezident Vladimir Putin olan müddətdə Kiyev və Moskva arasında heç bir danışıqlardan söhbət gedə bilməz.

Zelenskinin bəyanatı Ukrayna parlamenti – Verxovna Radanın saytında dərc olunub:

"De facto biz artıq NATO-ya doğru yolumuzu keçmişik. De facto biz Alyansın standartları ilə uyğunluğumuzu isbat etmişik. Bunlar Ukrayna üçün tam realdır, bunun reallığı döyüş meydanında bizim qarşılıqlı hərəkətlərimizin bütün aspektlərində isbat olunub”.

Bəyanatda daha sonra deyilir:

"Aşkardır ki, bu Rusiya prezidenti ilə danışıqlar mümkün deyil. O ləyaqət və düzlüyün nə olduğunu bilmir. Odur ki, biz Rusiya ilə dialoqa, amma başqa bir prezidentlə dialoqa hazırıq”.

Kiyev bildirir ki, onun bu addımı Putinin Ukraynanın dörd vilayətini ilhaq etmək qərarına cavabıdır.

Ukrayna ordusunun Donbasda hücuma keçdiyi xəbər verilir

Rusiyanın hərbi jurnalistləri və Ukraynanın şərqindəki separatçıların və işğalçı administrasiyaların xəbərlərini yayan rusiyayönlü teleqram-kanallar Ukrayna ordusunun Donetsk vilayətindəki Liman şəhərini mühasiyə aldığını xəbər verirlər.

Bu şəhər rusiyayönlü separatçıların nəzarətinə bu ilin mayında keçib.

Eyni zamanda Rusiya qoşunlarının Yampol, Stavki və Drobışevo qəsəbələrindən çıxdığı xəbər verilir.

Bu qəsəbələrdə Rusiya ordusu və separatçılar Liman şəhərinin müdafiə xəttini saxlayırdılar.

Bu da bildirilir ki, Rusiya qüvvələrinin Liman şəhərindən çıxışı üçün hazırda yeganə yol - Torskoye-Drobışevo magistralı Ukrayna qüvvələrinin atəş nəzarəti altındadır.

Bu yolda Ukraynanın kəşfiyyat-diversiya qruplarının işlədiyi barədə məlumatı “Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksandr Kots teleqram-kanalında verib.

Rusiyayönlü “Arxangel spetsnaza” kanalı şəhərdəki Rusiya qoşunları arasında xaosdan və rabitənin olmamasından yazır.

Rusiyanın hərbi jurnalistlərindən Sergey Peqov deyirdi ki, ötən gecə Liman şəhərinin taleyində həlledici olmalı idi.

Rusiyayönlü mənbələr bildirirlər ki, şəhər yaxın zamanda onun müdafiəçiləri ilə birlikdə zəbt oluna bilər.

Şəhərdəki Rusiya hərbçilərinin sayı dəqiq məlum deyil.

Mühüm qovşaq

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 29-da bildirirdi ki, Rusiya bu əraziyə çox az təlim görmüş qüvvələri gətirir.

Liman şəhəri Ukraynanın mühüm dəmir yolu qovşağıdır. Bu şəhərin geri qaytarılması Ukraynaya separatçı Luhansk vilayətinin qərbinə, Lisiçansk və Severodonetsk şəhərlərinə əks-hücum imkanı verərdi.

Kiyev əks-hücum əməliyyatları barədə bir qayda olaraq məlumat vermir.

Ötən yay Ukrayna ordusu kütləvi informasiya vasitələri və media nümayəndələrindən döyüş əməliyyatları haqqında rəsmi məlumatlara alternativ xəbərlər yaymamağı rica etmişdi.

Reuters agentliyi yazır ki, Liman şəhəri aylar ərzində Rusiyanın Donetskdəki əməliyyatları üçün logistika və nəqliyyat qovşağı rolunu oynayıb.

Putinin ambisiyalarına zərbə

Polşadakı Rochan hərbi konsaltinq firmasının direktoru Konrad Muzıka deyir ki, Rusiya qüvvələri Limanı nəzarətdə saxlamaqla yeni səfərbərlərin regiona gətirilməsi üçün vaxt qazanmağa çalışırdı.

Muzıkanın fikrincə Ukrayna qüvvələri Liman şəhərini tutacaq.

Müharibə Tədqiqatları İnstitutundan Karolina Hörd Reuters agentliyinə deyib:

"Ukrayna qüvvələri son 24-48 saat ərzində Liman ətrafında nəzərəçarpacaq irəliləyişə naiz olublar. Həm Rusiya, həm də Ukrayna mənbələri ukraynalıların Limanın qərb, şimal və hətta şimal-şərq istiqamətində irəlilədiyini bildirirlər”.

Ekspertin fikrincə bu hücum xətləri birləşdikdən sonra Ukrayna komandanlığı ya bu müdafiə xəttini saxlamaq, ya da şərqə doğru hücumu inkişaf etdirmək qərarı qəbul edə bilər.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Hörbst deyib ki, Limanın itirilməsi Rusiya qüvvələrinin Ukraynanın şimal-şərqindəki vəziyyətini ciddi şəkildə çətinləşdirə bilər.

Diplomatın fikrincə hələ 2022-ci ilin fevralından əvvəl də Rusiyanın nəzarətində olan Luhansk indi 4-6 həftə ərzində Ukraynanın nəzarətinə keçə bilər.

Muzıka isə bildirir ki, Limanın itirilməsi Putinin bütün Donbası ələ keçirmək planlarına ciddi zərbə olardı.

Hansı ölkənin siyasi partiyalar haqqında qanunu daha demokratikdir?
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

XS
SM
MD
LG