Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:25

Armen Qriqoryan: 'Sərhəd 1929-cu ildə delimitasiya olunub...' (Video)


Xankəndindəki etirazçılar: 'Araik Arutunyana etibar etmirik'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Qarabağ erməniləri ilə Yerevan arasında dərin fikir ayrılığı yaranıb

Bu ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına dair razılaşmalar var.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 12-də ölkə ictimai televiziyasına bildirib.

Azatutyun xatırladır ki, ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ötən ayın sonlarında demişdi:

“Biz Ermənistan Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin köməkçisi ilə birlikdə sülhün əldə olunması üçün konkret addımlar müəyyənləşdirmişik”.

Sallivan o vaxt Vaşinqtonda Armen Qriqoryan və Hikmət Hacıyevin görüşünü təşkil etmişdi.

Hansı addımlar?

Azatutyun yazır ki, prezident Co Baydenin müşavirinin hansı addımları nəzərdə tutduğu bilinmirdi.

İndi isə bu söhbətdən iki həftə sonra Armen Qriqoryan əldə olunmuş razılaşmalardan söz açıb:

“Delimitasiya və sülh müqaviləsi arasında qarşılıqlı əlaqə var...Ermənistanı narahat edən budur ki, Azərbaycan sərhədin delimitasiya olunmamış hissəsindən Ermənistana hücum üçün bəhanə kimi istifadə edə bilər. Buna görə də biz bu məsələyə aydınlıq gətirdik. Ermənistan və Azərbaycan sərhədi 1929-cu ildə delimitasiya edilib və demək lazımdır ki, bununla da Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası başa çatıb. İndi bizə bunu əsas kimi götürmək barədə qarşılıqlı razılığa gəlmək qalır. Bununla da Ermənistanın 29 min 800 kvadrat kilometrlik ərazisi sığortalanmış olur və irəliyə yol açılır”.

“Status” sözü leksikondan yoxa çıxıb

Azatutyunun yazdığına görə, dörd ay bundan əvvəl Ermənistan rəsmiləri bildirirdilər ki, onlar sülh danışıqlarının başlanması üçün “Dağlıq Qarabağın yekun statusunun” müəyyən edilməsini zəruri hesab edirlər. İndi isə onların leksikonundan “status” söz yoxa çıxıb.

İndi Ermənistan rəsmiləri bu iki məsələnin bir-birindən ayrı olduğunu vurğulayırlar. Qriqoryan bu barədə deyib:

“Danışıqlara yanaşma belədir: biz sülh müqaviləsi ilə Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırırıq. Dağlıq Qarabağa gəlincə isə biz Dağlıq Qarabağ və Azərbaycan arasında hüquq və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün beynəlxalq mexanizmin yaradılmasına dair partnyorlarımızla, eləcə də bütün oyunçularla danışıqları davam etdiririk”.

Ermənistanda kənd sakinləri itkin düşmüş əsgərə görə yolu bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Bakının reaksiyası

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 13-də Armen Qriqoryanın açıqlamalarını şərh edib:

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət getmir və gedə bilməz. Suverenlik Azərbaycanın qırmızı xəttidir. Beynəlxalq tərəfdaşlar da Azərbaycanın bu haqlı mövqeyini anlayışla və hörmətlə qarşılayır”.

Azərbaycan rəsmisi vurğulayıb ki, Bakı bu məsələni qapanmış hesab edir:

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan istər Brüssel danışıqlarında, istərsə də Vaşinqtonda xüsusi olaraq vurğulayıb ki, Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcəkdir”.

Rəsmi Bakı Qarabağ separatçıları ilə hər hansı danışıqların aparılmasını istisna edib. Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Praqada keçirilən dörtərəfli danışıqlardan sonra deyib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar.

Əliyev qeyd edib ki, Bakı bu barədə üçüncü bir tərəflə heç nəyi müzakirə etməyəcək.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG