Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:55

Çoxmillətli İran timsalında 'bir millət, bir dövlət'


Xoy əyalətindəki zəlzələdən sonra insanlar çadırlarda qalırlar
Xoy əyalətindəki zəlzələdən sonra insanlar çadırlarda qalırlar

Bugünlərdə sosial mediada İranın Xoy əyalətindəki zəlzələdən sonra insanların çadırlarda, ağır şəraitdə problemlərlə üz-üzə qalması müzakirələrə səbəb olub. Onlar yanvarın 29-dakı zəlzələdən xeyli vaxt keçsə də, mərkəzi hökumətin kömək göndərməməsindən gileylənirlər.

Ümumiyyətlə, Tehran hökuməti azərbaycanlıların sıx yaşadığı bölgələrin problemlərini nə dərəcədə diqqətdə saxlayır?

"Bu millətə bunlar sahib çıxmadı"

İranda yaşayan, adının çəkilməsini istəməyən azərbaycanlı fəal da bildirir ki, Xoyda durum acınacaqlıdır, ancaq buna baxmayaraq, əhali oranı tərk etmir: "Hava şəraitinə baxmayaraq, millət orda dayanıb, öz torpaqlarını buraxıb getmir. Bu millətə bunlar (İran hökuməti) sahib çıxmadı, başlı-başına buraxıblar. Dərhal milli hərəkat məsələyə qarışdı, maddi və mənəvi yardım ilə bağlı əhaliyə müraciət etdilər".

Xoy. 29 yanvar 2023
Xoy. 29 yanvar 2023

"Amerikanın səsi" yazır ki, İranın hökumət rəsmiləri zəlzələdən zərər çəkmiş bölgələrdə çadır, istilik cihazları və qida paylanmasında çatışmazlıq olduğunu etiraf ediblər. "Təsnim" xəbər agentliyi isə yazır ki, İran prezidenti İbrahim Rəisi fevralın 5 də zəlzələ bölgəsinə baş çəkib, burdakı əhaliyə mümkün qədər tez problemləri çözməyə çalışacaqlarını deyib.

"Burada ölkənin iqlimini bir-birinə vurublar"

İrandakı fəal deyir ki, hökumət hər zaman burdakı etniklərə biganəlik göstərib. Xoydakı durum da bunun bir nümunəsidir: "Bildiyiniz kimi, Urmu gölü məsələsi Xoy zəlzələsindən böyük cinayətdir. Burada ölkənin iqlimini bir-birinə vurublar. Güney Azərbaycan məsələsinə, coğrafiyasına baxanda demək olar ki, İranda yaşayan millətlərin çoxu zülm altında yaşayır. Amma Güney Azərbaycan milləti əsarət altında yaşayır..".

10 ildən çoxdur ki, İrandakı milli fəallar Urmiya gölünün quruması ilə bağlı vaxtaşırı etiraz aksiyaları keçirir. Fəallar hesab edir ki, hökumət gölün qurumasının qarşısını almaq üçün ciddi addımlar atmır.

Quruyan Urmiya gölündən son videogörüntülər
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Ərdəbildən, Urmiyadan əhali köçür...

Türkiyədə yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının mərkəzi şura üzvü Bulud Ələmdar deyir ki, ümumiyyətlə, azərbaycanlılar yaşayan ərazilərdə problemlər təkcə bununla bitmir, oralarda yol, xəstəxana, düzgün tibbi yardım, keyfiyyətli təhsil, sosial iqtisadi problemlər var.

İranda azərbaycanlılar, əsasən, Təbriz, Ərdəbil, Zəncan, Urmiya və başqa şəhərlərdə yaşayırlar. B.Ələmdar deyir ki, hər il İranın büdcəsindən bu ərazilərin sosial iqtisadi həyatının yaxşılaşdırılması, yerli əhalinin problemlərinin həll olunması üçün pullar ayrılsa da, ya bu pullar gəlib çatmır, ya da ehtiyac olmadığı səbəb gətirilərək büdcəyə geri göndərilir: "Yəzd, məsələn, Təbrizin 1/5-i qədərdir. Amma ora yatırılan pul Azərbaycana ayrılandan beş qat çox olur. Ərdəbil, Urmiya bütün araşdırmalarda ən çox xəstəlik olan, ən az təhsil alan, ən pis sosial iqtisadi şərait olan yerlərdəndir".

B.Ələmdar deyir ki, şəraitsizlikdən indi Ərdəbildən, Urmiyadan əhali köçüb farsların yaşadığı yerlərə gedir.

N.Nəsibli
N.Nəsibli

"100 illik zülm var"

Azərbaycanın İranda səfiri olmuş Nəsib Nəsibli deyir ki, İranda türklərin yaşadıqları ərazilərdə bizneslə məşğul olmaq da problemlidir. Bildirir ki, hələ 1946-cı ildən fəaliyyətə başlayan kiçik fabriklər ya bağlanıb, ya da öz fəaliyyətlərini Körfəz ölkələrinə çəkiblər. O bildirir ki, İranda etnik azlıqlara qarşı biganə münasibət 100 ilə yaxındır ki, davam edir: "İrandakı etnik durum, İranın 1925-də sonra qeyri-farslara münasibəti bəllidir. O vaxtdan bəri "bir millət, bir dövlət" prinsipindən çıxış edərək qeyri-farsların varlığı inkar edildi, eləcə də türklərin. Siyasətləri buna uyğun da davam edir. Təxminən 100 illik zülm var".

Azərbaycan prezidenti İlham Əliyev son zamanlar çıxışlarında İrandakı azərbaycanlıların ana dilində təhsil hüququndan məhrum olmasına toxunub, deyib ki, İrandakı azərbaycanlıların müdafiəsi üçün hər şey ediləcək, "onlar bizim millətin bir parçasadır".

Bakıda İran azərbaycanlısı: 'İllərdir ki, pasport ala bilmirik'
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Keçmiş səfir N.Nəsibli deyir ki, İran Azərbaycanında yaşayanlara Azərbaycanın ən böyük təsir gücü onun özünün müstəqil varlığıdır, inkişaf etmiş dövlət olmasıdır: "Azərbaycan Respublikasının varlığını da İran özü üçün təhlükə sayır, təhdid sayır".

İranda Xoydakı zəlzələyə gəlincə isə, IRNA yazır ki, İran hökuməti zərərin hesablandığını, zəlzələdə zərər çəkənlərə 1600 dollara yaxın təzminat ödənəcəyini deyib

Müxtəlif hesablamalara görə, İranda 20 milyondan 35 milyonadək azərbaycanlı yaşayır. İran hökuməti ölkənin etnik statistikasını paylaşmır.

XS
SM
MD
LG