Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:59

Mirzoyan Ermənistanın sülh sazişi üzrə təkliflərini açıqlayır


Ararat Mirzoyan
Ararat Mirzoyan

Azərbaycan XİN Mirzoyana cavab verib

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın fikirlərinə Twitter hesabında münasibət bildirib. O vurğulayıb ki, "Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın Azərbaycana təcavüzü olub".

O əlavə edib ki, qarşı tərəf 10 min nəfərlik silahlı qüvvəsini hələ də Azərbaycan ərazisindən çıxarmayıb: "Ermənistan 1 milyona yaxın azərbaycanlını Ermənistandan və Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qoyub. Hələ də qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə geri qayıtmasına mane yaradır. Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir".

Amma buna qədər Ermənistan rəsmiləri Qarabağdan silahlı qüvvələrini tam çıxarmamaları ilə bağlı deyilənləri qəbul etməyiblər. Onlar Qarabağdakı "müdafiə ordusu"nun özlərinin silahlı qüvvələrinə daxil olmadığını vurğulayırlar.

+++

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizində yaranmış vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyətin fəal iştirakının, BMT məhkəməsinin qərarının icrası üçün Azərbaycana təsir göstərməsinin vacibliyini vurğulayır. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.

“Ermənistan yerdəki vəziyyətin dəyərləndirilməsi üçün Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərmək çağırışı edib. Sirr deyil ki, belə bir missiyayla bağlı təklifi Azərbaycan dəfələrlə rədd edib, bu isə Azərbaycan rəhbərliyinin beynəlxalq ictimaiyyət qarşısında şəffaf və hesabatlı olmaq istəmədiyini aydın göstərir”, – Mirzoyan Misirin “AlQahera News” nəşrinə müsahibəsində deyib.

Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Azərbaycan üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Bu dəhliz Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirir. Ermənistan ötən ilin dekabrından yolun blokadada olduğunu desə də, rəsmi Bakı bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Müxalifət Paşinyandan sülh sazişi ilə bağlı yeni təkliflərin mətnini tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Təkliflər mübadiləsi gedir

Sülh sazişi haqda suala cavabında Mirzoyan qeyd edib ki, 2022-ci ilin dekabrından tərəflər saziş layihəsi üzərində təkliflər mübadiləsi aparıb, əsas məsələlər üzrə ədalətli qərarlarin tapılması üçün irəli getməyə cəhd ediblər.

“Ermənistan tərəfinin təkliflərindən biri dövlət sərhədlərinin delimitasiyasının kriteriyalarını dəqiqləşdirməkdir. Digər təklif – silahlı qüvvələrin dövlət sərhədindən çəkilməsi, sərhəd boyunca hərbsizləşdirilmiş zona yaratmaqdır ki, bununla da etimad və təhlükəsizlik mexanizmi gücləndirilə, bu da öz növbəsində istənilən eskalasiyanın qarşısını ala bilər. Ən vacib məsələ isə Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə məşğul olacaq beynəlxalq mexanizmin olmasıdır”, – Mirzoyan bildirib.

Onun dediyinə görə, Ermənistanın səylərinin qarşılığında Azərbaycanın danışıqlar prosesinə barışmaz və maksimalist yanaşmasını, aqressiv davranışını müşahidə edirlər.

Paşinyanın bir gün öncəki ittihamları

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 23-də deyib ki, Azərbaycanla sülh sazişi indiyədək yüksək səviyyədə əldə olunmuş yazılı sənədlərə əsaslanmalıdır. Azərbaycanı provokasiyada ittiham edən Paşinyan Azərbaycanla sərhədlərin Bakının təqdim etdiyi tarixi xəritələr əsasında delimitasiyasına qarşı çıxıb. Onun sözlərinə görə, Azərbaycanın bu tələbi Praqa və Soçidə əldə olunmuş yazılı razılaşmalara ziddir.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə isə martın 23-də bildirib ki, Ermənistanın həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından əl çəkmək niyyəti varsa, “təcavüzkar ritorikadan” imtina etməlidir: “Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG