Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:45

Putinin əsas seçki rəqibi Nadejdinin namizədliyi qeydə alınmaya bilər?


Boris Nadejdin
Boris Nadejdin

Rusiyada MSK prezidentliyə namizədlər Boris NadejdinSergey Malinkoviçi onların topladıqları imzalardakı çatışmazlıqlar və qüsurlar barədə məlumatlandırmaq üçün fevralın 5-də söhbətə dəvət edəcək.

Rusiya MSK sədrinin müavini Nikolay Bulayevin sözlərinə görə Nadejdinin imzaları hazırda “qızğın sayım” mərhələsindədir, Malinkoviçin imzalarının sayılması isə demək olar başa çatıb:

"Biz görəndə ki, imzaların arasında artıq bu dünyada olmayan onlarca insan var, onda imza toplayanların etik normalarına dair suallar ortaya çıxır. Namizəd müəyyən mənada bu proseslə əlaqəlidir”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu xəbər Nadejdinin və Malinkoviçin qeydiyyatından mütləq imtina ediləcəyi demək deyildir. Qanuna görə imzaların müəyyən faizində çatışmazlıqlar ola bilər.

Yenə də telekanallar MSK-dan qabağa düşüblər

Bundan əvvəl namizədliyi “Vətəndaş təşəbbüsü” qrupu tərəfindən irəli sürülmüş Nadejdin və “Rusiya kommunistləri” qrupunun namizədi Malinkoviç qanunun tələb etdiyi kimi MSK-ya Rusiyanın müxtəlif regionlarından olan seçicilərin 105 mindən çox olmayaraq imzalarını təqdim etmişdilər.

Nikolay Bulayev habelə deyib ki, Nadejdin və Malinkoviçin topladıqları imzaların yoxlanması üçün Daxili İşlər Nazirliyinə “on minlərlə” sorğu göndərilib.

Bu da vuirğulanır ki, Boris Nadejdin Ukrayna müharibəsinə etiraz edən yeganə namizəddir. O yanvarın 31-də MSK-ya 100 min seçici imzası təqdim etmişdi.

Maraqlıdır ki, elə həmin gün Rusiyanın dövlət telekanalları Nadejdinin imza siyahısında olan “çatışmazlıqlar” barədə süjet vermişdilər. Süjetdə eyham vurulurdu ki, onun namizədliyi qeydə alınmaya bilər.

Eyni texnologiya

2021-ci ildə Moskva MSK-sı eyni texnologiya ilə paytaxt duması seçkilərinə 20-dən çox müstəqil namizədi buraxmamışdı.

Moskva MSK-sı da siyahılarda “ölü canların” olmasını əsas gətirmişdi.

O vaxt müstəqil namizədlər demişdilər ki, MSK-da imzaları yoxlayanlar “bazada məlumat yoxdur” cavabını almaq üçün bilərəkdən axtarışa yanlış adlar vermişdilər.

MSK namizədlərin qeydiyyatı barədə qərarı fevralın 10-dək elan etməlidir.

Bundan əvvəl MSK öz namizədliklərini vermiş Rada RusskixAnatoli Bataşevə onların imzalarında aradan qaldırılması mümkün olmayan qüsurların olduğu barədə məlumat vermişdi.

"Kağıza qənaət"

Hər iki namizəd tələb edildiyindən az sayda imza toplamış və bəzi sənədləri təqdim etməmişdilər.

Russkix tələb olunan 300 min imzadan yalnız 476-sını təqdim etmişdi. Bataşevin isə MSK-ya gətirdiyi 5 qutudan yalnız birində imzalar vardı. O demişdi ki, “xeyli kağıza qənaət edib”. Bataşev MSK-dan imzaların elektron qaydada toplanmasına icazə istəmişdi.

Hazırda indiki prezident Vladimir Putinlə birlikdə dörd namizəd rəsmi qeydiyyatdan keçib.

Rusiya prezidenti seçkiləri martın 15-dən 17-dək keçiriləcək.

Müstəqil müşahidəçilər və ekspertlər Rusiyada seçkilərin azad və ədalətli olmadığını bildirirlər.

Hakimiyyət seçkiyə müdaxilə edir, iqtidar namizədləri üçün daha əlverişli mühit yaradır və birbaşa saxtakarlıqla məşğul olur.

XS
SM
MD
LG