Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:52

Rusiya 18 britaniyalıya sanksiyalar qoyub, onların arasında tarixçilər də var


Rusiyanın Xarici İşlər Nazirliyi Britaniyanın 18 vətəndaşına qarşı sanksiyalar elan edib. Bildirilir ki, bu şəxslərin Rusiyaya girişinə qadağan qoyulur.

Rusiya XİN bildirir ki, sanksiyalar Londonun “qarşıdurma kursuna”, onun “Rusiyaya qara yaxmaq” cəhdlərinə və Ukraynaya silah verməsinə görə qoyulur.

Sanksiya siyahısına Britaniya müdafiə nazirinin müavini Ceyms Kartlic, Britaniya silahlı qüvvələri baş qərargah rəisinin müavini Çarlz Uolker, baş nazirin milli təhlükəsizlik müşavirinin müavini Sara Makintoş, Britaniya sualtı qüvvələrinin komandanı Saymon Askvit, milli kiberqüvvələrin komandanı Timoti Deyvid Nil-Houps, baş nazirin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Stüart Piç daxil edilib.

Sanksiyalar habelə Britaniya parlamenti Lordlar Palatasının üzvləri Daniel Hennan, Maykl EşkroftRey Kollinzə tətbiq edilir.

“Nataşanın rəqsi” və başqa kitablar

Sanksiya siyahısına habelə humanitar elmlər üzrə alimlər, əsas etibarilə tarixçilər və politoloqlar, bir neçə universitetin professorları Norman Deyvis, Timoti Qarton Eş, Roy Ellison, Oksford Universitetindən Robert Conson, habelə Kembric Universitetinin professoru Deyvid Abulafiya, London Universitetindən Orlando Fayces, Şimali Karolina Universitetindən Qrem Robertson, Harvard Universitetindən Ceyms Uolton və Estoniyada mənzillənmiş Təhlükəszilik Araşdırmaları Mərkəzindən Ceyms Şer daxil ediliblər.

Bütün sözü gedən alimlər bu və ya digər şəkildə Ukraynanı dəstəkləyiblər.

Məsələn Timoti Qarton Eş Mərkəzi və Şərqi Avropa ölkələrinin ən yeni tarixi üzrə araşdırmaları ilə tanınır.

Norman Deyvis rus dilinə tərcümə edilmiş “Avropa tarixi” monoqrafiyasının müəllifidir.

Rusiyaşünas Orlando Fayces “Nataşanıln rəqsi” (Rusiya mədəniyyəti haqqında) və “Pıçıldayanlar” (Stalin repressiyaları barədə) kitablarının müəllifidir.

Qiyabi həbs

Fevralın 12-də habelə Rosfinmonitorinq dövlət qurumu Facebook и Instagram şəbəkələrinin sahibi Meta şirkətinin mətbuat katibi Endi Stounu ekstremist və terroçuların siyahısına daxil edib.

O ötən ilin noyabrında axtarışa verilib və qiyabi olaraq həbs edilib.

Rusiyanın İstintaq Komitəsi 2022-ci ilin 11 martında Metaya qarşı terrorizmə dəstək maddəsi ilə cinayət işi açıb.

Bu onunla bağlı idi ki, şirkət Ukrayna istifadəçilərinin “Rusiya işğalçılarına ölüm!” tipli postlarını bloklamayıb.

Bu qərarı mətbuat katibi kimi məhz Stoun elan etmişdi.

Meta şirkəti 2022-ci ilin martından Rusiyada ekstremist təşkilat elan olunub və fəaliyyəti Rusiya ərazisində qadağan edilib.

Rusiyada Facebook və Instagram Moskvanın Ukraynaya genişmqiyaslı hücumundan dərhal sonra bloklanıb.

Buna baxmayaraq rusiyalılar VPN-lərin vasitəsilə bu şəbəkələrdən istifadəni davam etdirirlər.

XS
SM
MD
LG