Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:39

Mehriban Ələkbərzadə: «Biz yatağan millətik, mütləq qışqırmaq lazımdır»


Mehriban Ələkbərzadə
Mehriban Ələkbərzadə
«İşdən sonra» verilişinin qonağı telejurnalist, rejissor Mehriban Ələkbərzadədir.

- «Novruz bayramına görə Şıxəli Qurbanovun ruhuna 100 faiz rəhmət oxuyuram. Amma mənim gözlədiyim alça ağaclarının çiçəkləri bu dəfə də açmadı».

- «Qəhrəmanını mütləq şəkildə manevr etməyə, nəyinsə üstündən keçməyə vadar edən, bir düşüncə sahibini daşıyan bir xalq yəqin ki, özü-özünə gülməyi də bacarmalıdır. Güman edirəm ki, Keçəl də, Kosa da özünə gülməyin, sarkazmın bir növüdür».

- «Bir millət olaraq bizim ən zəif yerimiz yatmaq və qadınlardır».

- «Biz «düşmənimin düşməni mənim dostumdur» prinsipi ilə gedirik və belə olan halda heç vaxt irəliləyiş, addım, yüksək missiya olmur. Bu, hər bir şəxsin konkret olaraq şəxsi istəklərinə doğru gedəcəyi hədəfdir. Ümumiyyətlə, hədəfləri bəlli olan insanın hürriyyəti əlində olmur. Bizim də həmişə hədəflərimiz bəlli olub».

- «Mənim üçün ideologiyada ərazi bütövlüyü deyilən bir şey var».

- «Bəlkə də bu sabah hansısa qarşıdurmaya səbəb olacaq, amma mən Bütöv Azərbaycan sərhədlərini cızmaqda israrlıyam. Bu, mənim ideologiyama düz gəlmir sözünü, anlayışını qəbul edə bilmirəm».

- «Mən bu ideologiya haqda əvvəllər çığırırdım, onun da sonluğu heç də yaxşı olmadı».

- «Geri qayıtsam, yenə çığırıb deyəcəm. Çünki biz yatağan millətik, biz ayıq millət deyilik. Bizə mütləq qışqırmaq lazımdır ayılmaq üçün».

- «MƏN MƏĞLUB OLMUŞ ÖLKƏNİN VƏTƏNDAŞIYAMSA, MƏNİM İDEOLOGİYAM YOXDURSA, MƏN NİYƏ YAŞAYIRAM?».

- «Xalq elə bir şeydir ki, onun istəyinin qarşısında heç bir divar tab gətirmir. Xalq nəyisə istəsə idi, bu ideologiyada yaşasa idi, hansısa 10-15 nazir bunun qarşısını ala bilməzdi. Hər kəs sadəcə, mövcud olmaq üçün cəhd edir».

- «Ərazilərinin 80 faizini verən bir xalqın nümayəndəsi özünü məğlub hesab etmirsə, bu, çox acıdır. Çünki ən azı qalib gəlmək istəyi olmayacaq».

- «Bizim istənilən vətəndaşın gözünün içinə baxanda, sınıqlıq görürük. Nə qədər arsız olsaq da».

- «Hər il Xocalını göstərməklə biz deyiriksə ki, biz bunu qeyd etdik və kimlərəsə sübut edəcəyik ki, bizə soyqırımı ediblər, bu, artıq mənim üçün gülməli deyil».

- «Onu qeyd etməkdənsə yaddaşlara və sabahkı gələcəyə gedəcək nəslin qanına hopdurmaq lazımdır».

- «Mən indi «Space»ə baxmıram. Çünki ağrıyıram».

- «SUSDURMAQ ÜÇÜN TƏMƏNNA LAZIMDIR. Mənim heç kimdə heç bir təmənnam yoxdur. Susdurmaq üçün məni nə iləsə qorxudub, əlimdən nəyi isə ala bilərdilər. Mənim əlimə heç nə verilməmişdi ki, nəyi isə alsınlar. Prinsip etibarilə mənim itirəcəyim bir şey yox idi».

- «Ağıllı söhbətlər indi heç kimə lazım deyil. İnsan özü ağıllı olmalıdır və nəyi isə dərk etməlidir».

- «Mən indi deyəsən boz qarğaya çevrilirəm. O da dilim dinc dayananda. Dilim də hərdən dinc dayanmır».

- «Mən özünə gülən insanlara qibtə edirəm».

- «Ərazisinin 20 faizini itirmək bəlkə də ilkin siqnal ola bilər, bu 80 faiz olanda, bu, son siqnaldır. Mən buna hələ gülə bilmirəm».

- «Hər bir şeyi ancaq prezidentmi deməlidir? Buna fikir verin, ona fikir verin...».

- «Ən azı, müstəqil ölkə adı ilə yaşam tərzi olan bir ölkənin başçısı nəyinsə qiymətini həll etməməlidir...».

- «Mən indiki dünyadan ədalət gözləmirəm və görmürəm».

- «XƏTAİNİN TƏRİFLƏNMƏYƏ EHTİYACI YOXDUR. BİZİM ONU TƏRIFLƏMƏYƏ EHTİYACIMIZ VAR».

- «Şərq insanları ox işarəsi olmadan, qarşılarına qəhrəman qoyub, onun ardınca getmədən kütləvi şəkildə cəm halına gələ bilmirlər».

- «Qərb də həmişə bizim bu zəif yerimizdən yapışır».

- «Özbaşına insan Allahsız insandır. Özbaşınalıq deyəndə, mən qadağalar və qanunları pozmaqdan danışıram».

- «Əvvəldən ruhu ölən əsgər əsgər deyil. Biz müharibəyə qurban kimi gediriksə, heç bir zaman qalib gəlməyəcəyik».

- «İnsan qırğını və qurbanı o zaman olmalıdır ki, amal və məqsəd olsun».

- «Nə edə biliblərsə, insanlıq adına yaraşan, yaraşmayan hər bir dağı bizə çəkiblər. Amma Rəsulzadə deyirdi ki, bu, bizim azadlığımızın bədəli idi».

- «Mən Nərimanovun tərəfindəyəm. O deyirdi ki, hər bir şey geri qayıda bilər, amma insanları həyata geri qaytara bilməyəcəyik».

- «Mən hələ nəsə etmək istəyirəm».

XS
SM
MD
LG