Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Üzeyir bəy Hacıbəyli. "Millət geridə qaldı"


Mәn and içәrәm ki, bizim millәtin doğrudan da geridә qalmağına bir sәbәb dә haman bu "millәt geridә qaldı" sözüdür ki, daha gündә onlara qulaq asmaqdan tәngə gәlmişik.

Görürsәn iki qәrib müsәlman bir şәhәrdә görüşürlәr.

Birisinin dә әlindә qәzet var. Haman saat başlayırlar ki, "millәt geridә qaldı", bizi xabiqәflәt basdı, vay halımıza vahәsrәta vә sair.

Bu cürә boş vә bimәna sözlәr ki, içindә bir qәpiklik mәnfәәt yox, savayinki ürәk bulanması vә bir dә baş ağrısı.

Bu cürә kiflәnmiş vә çürümüş sözlәri hamıdan çox deyәn içimizdә bir sinif adamlardır ki, onların müsәlman millәtinә olan zәrәri nәflәrindәn çoxdur vә millәtin geridә qalmağına sәbәb mәhz onlardır.

Hәqiqәtdә geridә qalmaqla irәli getmәyin nәdәn ibarәt olduğunu bilmәyәn bu adamların heç mәslәki, әqidәsi olmur vә hәrçәnd hürriyyәt vә әdalәtdәn dәm vururlar, amma onların da nәmәnә şey olduğunu başa düşmәyib, hәr bir әmәllәrindә dә tәrsinә iş görürlәr.

İki zidd mәslәkli qәzeti ki, bunun biri camaatın әxlaqını pozub tәrәqqisinә mane ola vә o biri dә camaat üçün tәrәqqi yolu aça, bunlar bir-birindәn seçә bilmәzlәr, mәhz bir "xәtir" üçün ya o qәzetә vә ya bu qәzetә tәrәfdar olarlar.

Camaata elan edirәm ki, bu cürә adamlardan bacardıqca uzaq olub, bir dә onlar "millәt geridә qaldı" dedikdә sözlәrinә qulaq asmasınlar.
XS
SM
MD
LG