Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Üzeyir bəy Hacıbəyli. Rəfiqimdən məktub


Әzizim filankәs, bu günlәrdә mәnim başıma mәzәli bir iş gәldi ki, xәlvәtcә sәnә nağıl edәcәyәm.

Sәn özün bilirsәn ki, mәn hәmişә vә hәr yerdә vә hәr bir vaxt sәhәrdәn-axşama kimi vә axşamdan sәhәrә kimi "millәt-millәt" demәkdәn az qalmışdı ki, dilimdә bir "millәt" bitsin. Nә başını ağrıdım daha (üzüm ayağuvun altında) arvad-uşağı da tәngә gәtirmişdim vә nökәr-nayibı da bezar elәmişdim vә bazar adamı da mәni yaxşı tanıyır. Çünki daha bizim ölkәdә bir adam tapmazsan ki, mәn ona demәmiş olam ki: "Ay millәt batdı, millәtin dәrdi mәni öldürdü, millәtin yolunda can qurban etmәk lazımdır". Qәrәz, iş o mәqama gәlmişdi ki, ayıb olmasın, arvad mәnә ağıl duası yazdırmalı olmuşdu.

Günlәrin bir günü yatmışdım, yuxumda gördüm ki, fәrzәn, böyük bir meydana gәlib çıxmışam. Bir dә gördüm, bu meydanda o qәdәr adam var ki, daha heç başa gәlәn deyil, hürkütmәsәn saymaq olmaz. Birisindәn soruşdum ki, balam, bura haradır? Dedi: "Әmi, bura millәt meydanıdır vә hәr millәtin qәhrәmanları bura yığılıbdır ki, düşmәnilә dava edib, millәt yolunda can qurban etsinlәr".

Mәn bu sözü eşidәn kimi sapsarı saraldım vә birdәn fikrimә gәldi ki, dur qaç. Amma gördüm ki, ayaqlarım tutulub vә heç yerimdәn tәrpәnә bilmirәm. Öz-özümә dedim ki, alo bu nә kәlәk idi mәn düşdüm. Sonra dedim qoy görәk nә olacaq.

Bir qәdәrdәn sonra gördüm ki, özgә millәtlәrin qәhrәmanları bir-bir mәnim yanımdan keçib vә mәnә dә kamali-hәqarәtlә bir nәzәr atıb, dava meydanına tәrәf gedirdilәr. Orada nә olurdu, nә olmurdusa, onu görmürdüm. Ancaq eşidirdim ki, "bravo, bravo" sәsindәn qulaq tutulurdu vә әl çalmaq sәdası asimana bülәnd olurdu....

Bir qәdәr keçdi, gördüm bir sәda gәldi ki, ay camaat, bәs müsәlmanlardan da millәt yolunda can qurban edә bilәn bir adam yoxdurmu?

Mәn o saat istәdim bәrkdәn çığırıb deyәm ki, xeyr, yoxdur vә ola da bilmәz. Amma allah lәnәt elәsin bizim Kәrbәlayı Qurquşuma, o yandan әlini mәnә tәrәf uzadıb dedi ki, var, budur burda oturubdur. Mәn әl elәdim ki, adә bәsdir, evkk yıxılsın, sәsini kәs, olmadı. Bir dә gördüm ki, mәni sürüyüb meydana çәkirlәr. Sәnin canın üçün, cәnab Filankәs, qorxumdan elә çığırdım ki, bir dә gördüm, ayıb olmasın, arvad-uşağı oyatmışam.

İndi düz o gündәn bәridir ki, mәn özümә söz vermişәm ki, bir dә müftә yerә "millәt belә gәldi, millәt belә getdi, millәt yolunda can qurban etmәk lazımdır" kimi sözlәri bir dә min il qala ağzıma almayam. Çünki qorxuram ki, birdәn yuxum gerçәk ola, nә deyirsәn?!

İdarәdәn: Nә deyәcәyәm? Bir yaxşı işdir ki, elәmisәn. Doğrudan, hәrgah, bizim bu cürә "millәt-millәt" deyib, danışanlar öz sözlәrinә әmәl elәsәydilәr, onda müsәlman millәti bir verst irәli getmişdi. Amma heyf ki, bizim sözümüz ilә әmәlimizin arasında asimanü zәmin tәvafüt var, Odur ki, millәtimiz dә tәrpәndikcә geri sürüşür.
XS
SM
MD
LG