Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:42

İşgəncənin cavabını kim verəcək?


Xalıq Bahadır
Xalıq Bahadır
İctimai Palatanın üzvü Xaliq Bahadır, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2 Aprel aksiyası zamanı saxlananlarla qeyri-insafi rəftar barədə danışırlar. Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə bu fikirlərə münasibət bildirir.

Xalıq Bahadır:

«Polislər saxlanılanları sillə, yumruq, təpik, nə ilə gəldi döyürdülər. Söyüş söyə-söyə. Onların arsenallarında nə varsa, hamısından yararlanırdılar».

Orxan Mansurzadə:

«Belə bir şey ümumiyyətlə, ola bilməz. Gətirilən şəxslər orada hər hansı fiziki təzyiqə məruz qala bilməz. Orada saxlananlar və inzibati həbs cəzası almış şəxslərin polisdən şikayəti varsa, faktla əlaqədar cinayət işi qaldırılıb və istintaq əməliyyat qrupu fəaliyyətdədir.
Elçin Behbudov
Konkret olaraq həmin şəxslər bu barədə həmin qrupun üzvlərinə, o cümlədən 102 nömrəli xidmətə də məlumat verə bilərlər».

Elçin Behbudov:

«Mən saxlanılan müxalifətçilərlə görüşdüm. Saxlanma şəraitlərindən onların şikayətləri olmasa da, təxminən 4 nəfər mitinqdən sonra polis bölmələrində incidildiklərini bildirdilər. Bundan başqa da mənə müraciətlər olub. Mən artıq Daxili İşlər Nazirliyinə müraciət göndərmişəm ki, bu şikayətlər dəqiq və düzgün araşdırılsın. Həmçinin, aidiyyəti yerlərə də mən artıq həmin müraciətləri çatdırmışam...».

XS
SM
MD
LG