Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:55

Fərhad Əliyevin məhkəməsinə bir sıra jurnalistlər buraxılmayıb


İyulun 2-də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyevin və digər 17 nəfərin məhkəməsi zərərçəkənlərin ifadələriylə davam edib. Günün birinci yarısı keçirilən məhkəmə prosesinə bir neçə jurnalist buraxılmayıb. Məhkəmə nəzarətçiləri bunu zalda yerin olmamasıyla əsaslandırsa da, prosesə daxil olan jurnalistlər həmkarlarına əksini bildiriblər.


Proses 2004-cü ildə prezident fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə zərərçəkənlərin dindirilməsi davam edib.


Məhkəmə nahar fasiləsindən sonra davam edəcək.


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs olunub. Onlar korrupsiya, vəzifə saxtakarlığı və rüşvət almada təqsirləndirilirlər


XS
SM
MD
LG