Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:33

Nizami Gəncəvi. Leyli və Məcnun (18)


əvvəli

VÜCUDU UNUTMAQ


Torpaqla örtülən bir ev üçün sən
Çoxmu qan udaraq, ah çəkəcəksən?
Hörümçək torudur o açıq-aşkar,
Gah yara bağlayar, gah da qanadar64.
Bəzən bir milçəyin yolunu kəsər,
Bəzən də bir əlin qanını kəsər.
Bağlasan bu evi baramalar tək,
Rahatca yatarsan yatağında tək.
Günahla doludur bu can evi, bil,
Onun da dövranı çox sürən deyil...
Saqi! Nə şərabdan, nə kefdən əl çək!
Bu acı şərabla şirin kef çəkək!
Bir şərab gətir ki, içəndə dərhal
Bilinsin kimdədir idrakla kamal!

davamı
XS
SM
MD
LG