Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:06

Nizami Gəncəvi. Leyli və Məcnun (İzahlar)


1 Sənin tərifindir "təbarəkallah"...
Təbarəkallah - Nə gözəl! Nə yaxşı! Nə əcəb! Allah mübarək etsin! –deməkdir.
2 Yeddi qız, doqquz taxt qapında sənin
Olmuşdıır daima pərdə çəkənin.
Yeddi qız - yeddi planetə, doqquz taxt isə doqquz fələye (göyə) işarədir. Yəni;
yeddi planet və doqquz göy həmişə sənin qapında qul kimi pərdə tutur. Qədim
astrologiyada göylərin yeddi qat olması iddia olunurdu. Ərş və kürsi deyilən iki
məqamı da buna əlavə edib, doqquz göy, doqquz fələk yazmışdır.
3 Axşamın qapqara, səhərin ala
Atma göyləri yaratdın tovla.
Yəni sən axşamın qara atına və səhərin ala atına fələkləri tövlə yaratdın ki, birbirini
əvəz edən gecə və gundüz dincəlmək uçün atlarını göylərdə bağlasınlar.
4 Yeddi düyün vurdun göylərə, birdən
Yetmişi açıldı bu qüdrətindən.
Qədim Şərqdə insanlar talelərinin ulduzlara bağlı olduğuna inanır və öz səadətləri
üçün planetlərin bürclər arasında hərəkətini izləyirdilər. Buna görə də Nizami:
göylərdə yaratdığın yeddi düyün - yeddi planet ilə yetmiş düyün açdın, - deyir.
5
Bir dağ çapmadısa bu "kaf' ilə "nun",
Göy adlı bir böyük Bisütun qurdun.
"Kaf'" və "nun"un birləşməsmdən ərəbcə "kon" (ol!) gəlməsi əmələ gelir. Beytin
mənası belədir: Sən (Allah) bir dəfə "ol!" deməklə dağ çapmadan fələk kimi bir
Bisütun qurdun. Bisütun burada iki məna verir: 1. Göylərin sütunsuz dayanması. 2.
Bisütun dağı.
6 Hənut - ətirli bir göyərtidir, meyitlərin üzərinə səpirlər ki, qoxumasın.
7 Mənəm dsrgahında bir dilsiz ehranı,
Sənin sorağında lobbeyk vuraram.
Hacılar Kəbə ziyarətinə gedərkən qurban kəsməzdən əvvəl soyunaraq, ehram
adlanan ağ bürüncəyə bürünür vo qum üzərində qaçıb "Ləbbeyk" (hazıram!) deyə
qışqırırlar.
8 Libasım ətrinlə süslənər müdam,
Buyam ya dirəmnə, ya da ud olsam.
Dirəmnə pis qoxulu, ud isə yandırılarkən gözəl ətir verən bir bilkidir. Şair Allaha
xatırladır ki, insanın yaxşı və pisliyinə məsul Allah özüdür. Dirəmnə və ya uda qoxu
verən də odur.
9 Qabü qövseyn - 1. Yayın ortası ilə uclarından birinin arasındakı məsafə.2.
Dini rəvayətə görə, Məhəmməd peyğəmbərin merac zamanı Allaha guya yayın ortası
ilə uclarından biri arasındakı masəfə qədər yaxın olması.
10 Altı-yeddi min il keçir o andan
Ki, bu dəbdəboni eşitmiş çahan.
Dini əfsanələrə görə, Məhəmməd bəşərin ilk xilqət günündə, hətta Adəmdən belə
qabaq yaranmışdır. Adəm onun nurundan ruhlanmışdır. Beytdə də bu əfsanəyə işarə
edilir.
11 Bu beş vaxt namazdır əsli tovbənin,
Beş növbə təblidir qapında sənin.
Adət üzrə padşahların sarayında gündə beş dəfə təbil vurulardı; islam dinində isə
hər bir müsəlmanın gündə beş dəfə üzünü Kəbəyə tutub namaz qılması vacibdir. Şair
Məhəmmədi padşaha və beş vaxt namazı oyun sarayında vurulan beş növbə təbilə
oxşadır.
12 Bu evə yeddi səqf yaratdın yenə,
Tapşırdın onu da dörd xəlifənə.
Dörd xəlifə - Əbu Bəkr, Ömər, Osman və Əliyə işarədir.
13 Siddiq sədaqətə olmuşdur rəhbər,
Faruqi fərqdən uzaq bildilər.
Siddiq - birinci islam xəlifesi Əbu Bəkrin ləqəbidir.
Faruq - ikinci islam xəlifəsi Ömərə işarədir ki, o Haqqı batildon
fərqləndirməmişdir.
14 O, Allahdan qorxan həyalı qoca...
Məhəmmədin canişinlərindən olan III xəlifə Osman ibn Əffan nəzərdə tutulur.
15 Yeddi xəzinəni açaraq bir dəm,
Dörd gövhər üstünə basmısan qədəm.
Yeddi xəzinə - yeddi göyə işarədir. Dörd gövhər - dörd ünsür: su, torpaq, od və
hava deməkdir.
16 Ümmi-Hani - Faxtə Əbutalib qızı dördüncü xəlifə Əlinin bacısıdır.
Merac əfsanəsini uyduranlar Məhəmmədin Ümmi Haninin evindən göylər
səyahətinə aparıldığını rəvayət edirlər.
17 Ütarid - Merkuri planeti.
18 Zöhrə - Venera planeti, qədim pocziyada fəza çalğıçısı timsalıdır.
19 Mərrix - Mars plancti.
20 Müştəri - Yupiter planeti.
21 Keyvan - Zühəl planeti.
22 Qədr gecəsidir bu gecə, tələs...
Qədr gecəsi - orucluq ayı olan Ramazanın 21, 23 və 27-ci gecələri dualarını Allah
dorgahında müstəcəb (qəbul) olacağı gecələrdir. Bunlar, eyni zamanda əhya (dirilmo)
gecələri adlanır.
23 Buraq - Məhəmməd peyğəmbərin merac gecəsi mindiyi, başı insana
oxşayıb qanadları olan atdır.
24 Qalxanda göylərin yeddi qatına,
Nə pərçəm, nə də bir tac qurdun ona.
Yəni göylərin yeddi qatına qalxarkən həm fələyin pərçəmini (bayrağını - Günəşi),
həm də onun tacını (Ayı) qurdun.
25 Cəbrayıl - dini rəvayətə görə, mələklərdən biri. Allahın qasidi kimi
təsvir olunur."
26 Mikayıl - Allaha yaxın olan mələklərdən biri. Ona ruzu mələyi də deyirlər.
27 İsrafil - dini əfsanələrdə adları çəkilən dörd mələkdən biridir. Guya onun
vəzifəsi həyatın yaranması və məhv olması barədə şeypur çalmaqla dünyanı xəbərdar
etməkdir.
28 Rəfrəf - Məhəmmədin göylərə merac etməsi əfsanəsində onun mindiyi ikinci
xəyali atdır. Bəziləri onu bulud, nur saçağı və sair təsəvvür edir.
29 Sidrə (Sidrətül-müntəha) - göylərin yeddinci qatında olan əfsanəvi
ağac adıdır.
30 Sübbuh - yüksək tərif və sitayişə layiq olan.
31 Nübüvvət - peyğəmbərlik.
32 İki vəfasızın əhdini bir et,
Bu dörd ayaqlını özün əlbir et.
İki vəfasız - gecə-gündüz, dörd ayaqlı isə - dord ünsürə işarədir.
33 Nafə - xüsusi cinsdən olan ahunun göbəyindəki müşk vəzisi.
34 Biz kimik, nəçiyik, aç göstor artıq,
Büt qayıranmıyıq, büt qıranmıyıq?
İslam dininin dünya və insan haqqındakı ehkamıyla kifayətlənməyən şair,
Məhəmmədə müraciətlə, insanları varlığın gizli sırləri ilə tanış etməsini tələb edir
ki, bəlkə hər insan nə üçun yarandığnı, niyə yaşadığını başa düşsün. Öz işlərinin əsl
mahiyyətini, büt qayırdığını, yoxsa büt qırdığını bilsin.
35 Mən bütün bədənə yem verən zaman,
Öz ciyərparam da pay alar ondan.
Yəni mən öz sözlərimi bütün xalqa deyirəm, qoy oğlum da ondan özünə bir pay
götürsün.
36 Musa gövhər tapdı xəzinələrdə,
Qarun da boğuldu ləli-gövhərdə.
Musa - Yəhudilərin peyğəmbəri. Guya Allah tərəfindən ilk müqəddəs kitab -
Tövrat ona nazil olmuşdur. Qarun - dini əfsanələrə gürə, Musa peyğəmbərin
zamanında yaşayan çox varlı və xəsis bir adam olmuşdur. Musanın qarğışı nəticəsində
öz xəzinələrilə birlikdə yerə batmışdır.
37 Barbad - Sasani hökmdarlarından Xosrov-Pərvizin sarayında məşhur müğənni
və çalğıçı olmuşdur. Nizami "Xosrov və Şirin" poemasında Barbəddən və onun
sənətindən geniş bəhs etmişdir.
38 Hər sadə damcının əsil cövhəri
Dəryaya meyl edir əzəldən bəri.
Yəni gördüyünüz hər zərrə küllün, hər sadə mürəkkəbin uzvüdür. Qətrə ilə dəniz
arasında maddi bir vəhdət vardır ki, onu pozmaq mümkün deyildir. Çünki hər qətrə
böyük dənizlərin cüzidir. Ona görə də hər qətrə dənizə, hər cüz küllə qovuşmağa meyl
edir.
39 Bir qara pul olsun, bir arpa əgər,
Onda dörd gövhərdən tapılar əsər.
Yəni hər bir kiçik maddənin tərkibi dörd ünsürün (torpaq, od, su, hava)
birləşməsindən əmələ gəlmişdir.
40 Keyqubad - İran tarixində Kəyan sülaləsinin qüdrətli padşahı hesab
edilir.
41 Sənətin ziddinə söz danışanlar
Əyri pərdə kimi yanlış çalarlar.
Yəni həqiqəti, insanların əsl arzularını tərənnüm etməyi bacarmayan hər şair
pərdəsi düz olmayan sazlar kimi havanı pozar və ahənglərdə baş-ayaq vurar.
42 Bu fala mən qürə atdığım anda,
Ulduzlar keçirmiş eyni zamanda.
Qürə - bəxt yoxlamaq, bir şeyi ürəkdə tutmaq; ulduzların keçməsi isə taleyin
arzuya uyğun gəlməsinə işarədir. Yəni mən bu arzuda olarkən (bu falı tutarkən) tale
ulduzu da ona müvafiq gəldi. Qədim Şərq astrologiyasına görə, guya hər insanın
taleyi ulduzlardan birinə bağlı imiş və bu planetlərin bürclər arasında hərəkətilə
insanların həyatında yeni-yeni hadisələr baş verirmiş.
43 Qüdrətin böyükdür, ona-on yarat,
Onda beş verməyi birdəfəlik at!
Ona on-saf qızıl, onda beş isə qatışıq qızıl mənasındadır. Yəni yazdıqların saf
qızıl kimi bakir və qiymətli olsun, zəif misralar yazma!
44 Dedi: "Ey kəlamı əkizim ala..."
Şairin oğlu Məhəmməd atasının yaratdığı əsəri özünə qardaş bilir, öz əkizi
adlandırır.
45 Bəhrin suyu yüngül, özü axardır,
Canlı, nəfəs alaıı balığı vardır.
Şair birinci misrada bəhr kəlməsini iki mənada işlətmişdir. Birinci mənada
poemasının vəzni, ikinci mənada dəniz nəzərdə tutulur.
Yəni poemanın vəzni bəhri-xəfif həm yüngül, həm də axıcıdır. Bəhrin (dənizin,
əsərin) balığı olan sözlər isə diridir, canlıdır.
46 S. F. D. ili idi, rəcəbin sonu.
Ərəblərdəki say sistemində (əbcəd hesabı) uç nöqtəli S hərfi - 500, F hərfi - 80, D
hərfi isə 4-ə bərabərdir. Nizami "SDF" hərfləri ilə "Leyli və Məcnun" poemasının
yazıldığı tarixi göstərmişdir ki, bu da hicri 584-cü ilə, miladi 1188-ci ilə təsadüf edir.
47 Bu Bəhram nəsəbli, ülkər üzlü sən...
Burada Bəhram sözü həm Marsın farsca adıdır, həm də Sasani şahları sülaləsinin
on dörduncü padşahı Bəhram Gura işarədir.
48 Bu yeddi örtüklü, altı barmaqlı,
Bir gözlü, dörd əlli, doqquz ayaqlı.
Bu beytdə kainatın təsviri verilir: yeddi örtük - yeddi fələk, altı barmaq - altı
tərəf: şərq, qərb, şimal, cənub, aşağı və yuxarı, bir goz – Günəş, dörd əl - dörd ünsür:
od, su, torpaq və hava, doqquz ayaq - doqquz goy mənasında verilmişdir.
49 Onun qapısında mehtərdir Qeysər,
Fəğfur o qapıda gəlib dilənor.
Qeysər - qədim Rum padşalılarının, Fəğfur isə qədim Çin padşahlarının
ləqəbidir.
50 Uçarmış Arəşin oxu, deyirlər,
Ad qəbiləsinin nizəsi qədər.
Arəş - İranın məşhur mifik pəhləvanlarından biridir. Əfsanələrə görə, Arəşin
atdığı ox qırx mənzil yol gedərmiş.
Adilər - Ad qovmu - ərəb qəbilələrindəıı olub, öz başçılan ibn Hövs adı ilə
adlanmışlar.
51 Zubin - nizəyə oxşar bir silahdır.
52 Altı hərfı olan adıyla, bilsən,
Dünyanı bağlamış altı tərəfdən.
Yəni Axsitanın altı hərfdən ibarət olan adı dünyanın altı tərəfini nərdtaxtanın altı
xanəsi kimi bağlamışdır.
53 Mahmudun fılindən qüvvətli olar.
Mahmudun (Sultan Mahmud) fili öz böyüklüyü və gücü ilə Şərq əfsanələrində
məşhurdur. Yəni: sənin ehsanın milçəyi böyük qüvvət sahibi edər.
54 Yarəb, mən ki Üveys adını aldım,
Məhəmməd adına mən sadiq qaldım.
Üveys sözünün bir mənası bəxşiş verən, ikinci mənası canavar (qurd) deməkdir.
Beytin mənası: mən nə cür adlansam da Məhəmmədə sadiqəm.
55 Onun atasını görə bilməsən,
Barı qardaşına hörmət saxla sən.
Yəni: əsərin atası, müsllifi olan Nizamini görməsən, onun (əsərin) qardaşına -
Nizaminin oğlu Məhəmmədə hörmət et!
56 Mən ki ayna kimi dəmir deyiləm.
Qədim zamanlarda dəmirə seyqəl verməklə ayna düzəldərdilər.
57 Çərşənbə cinlisi ağıllı olmaz.
Çərşənbə cinlisi ağıllanmaz məsəli Şərqdə məşhurdıır. Dini əfsanələrdə çərşənbə
cinlər günü adlandığından, o gün dəli olanların sağalması qeyri-mümkün hcsab
olunur.
58 Gözəl üzərliklə bəslənib gülər.
Üzərlik çöl bitkilərindən biridir. Əfsanəyə görə, üzərlik insanı bədnəzərdən
saxlayır. Ona görə də qadınlar öz uşaqlarını həmişə üzərlik tüstüsunə verirlər ki,
bədnəzər onlara təsir etməsin və həmişə gözəl qalsınlar.
59 İlyasmi "olf'ini "lam"mdan kəssən,
Yenə doxsan doqquz tamı görərsən.
Yəni: İlyas adının "əlif' hərflərini alsan və onun "1" (1) hərfindən də bir "əlif'
yəni, bir rəqəmi çıxsan, iyirmi doqquz rəqəmi almar. Xiİsusi say sistemi olan əbcəd
hesabına görə "1" hərfi 30-dur, birini çıxanda 29 qalar, "y" hərfi 10 və "s" horfı 60-
dır. Cəmi 29+10+60=99.
60 Əbməd ki rəhbəri oldu ərəbi,
Gördü cəfasmı Əbüləhəbin.
Əhməd - Məhəmməd peyğəmbər, Əbüləhəb - onıın peyğəmbərliyini qəbul
etməyən, onun ziddinə gedən ərəbdir.
61 Dürrümü çəkmədim özgə suyuna...
Yəni incimi başqasının suyunda yumadım, heç kesin pisliyini istəmədim.
62 Söz mənim oduma nal atmışdır, nal!
Oda nal salmaq bir adamın gəlməsini arzulamağın falıdır. Hər kəs öz müsafirinin
tez qayıtmasını istəsəydi oda nal atardı. Söz mənim oduma nal atmış, yəni: şeir məni
öz tərəfinə çağırr.
63 Xurma yoldaşlıqla şirə yaradar.
Yəni: tək xurma ağacı bar verməz, yalnız bir neçə ağac bir yerdə olarsa onlardan
məhsul almaq olar. Nizaminin bu fikrini müasir elra təsdiq edir. Bir ağacın bar
vermesi üçün ondakı dişi çiçəklərin başqa ağacdakı erkek çiçəklərin tozu ilə
mayalanması mütləq lazımdır. Hom də burada məcazi məna vardır.
64 Hörümçək torudur o, açıq-aşkar,
Gah yara bağlayar, gah da qanadar.
Hörümçək torunun qan axıtması məlumdur; milçəklər və başqa kiçik heyvanlar
ona ilişib qalar və hörümçək onların qanını sorar, yenə hörümçək
torunu qanı axan yaranın üstünə basmaqla yaranın qanını kəsər. Beləliklə, hörümçək
toru həm qan axıdan, həm də qanı saxlayandır.
65 Gül kimi xəzina payladı o da.
Qızılgül solanda pərəkləri pul kimi səpələnər. Şair Məcnunun atasının xəzinə
paylamasını qızılgülün xəzan olmasına oxşadır.
60 Düzüldü bənövşə, lalə başına...
Yəni onun bənövşə rəngli teli lalə yanaqlarının ətrafına düzüldü.
61 Sanki qara qarğa tutmuşdu çıraq.
Leyliniıı qara saçları ilə əhatə olumnuş üzünə işarədir.
62 Zülfü də "leyl" idi, adı da Leyli.
"Leyl" ərəbcə gecə (qara) mənası verir. Yəni: zülfü gecə kimi qara, adı da Leyli
idi.
69 Doğardı Şərqin də Yusif üzlüsü.
Yəni Şərqin Yusifı (gözəli) - Günəş doğardı.
70 Tuluqlar yırtıldı, yıxıldı eşşək.
Eşşək yıxıldı, tuluq yırtıldı məsəli məşhurdur. Yəni sirr açıldı, aləm bildi.
71 Bağdad ellərinin qanunu - Məcnun.
Yəni Məcnun Bağdad çalğıçılarının qanunu (çalğı alətidir) kimi daima
səslənməkdə, sızıldamaqdadır.
72 Yadlardan yetməsin deyə bədnəzər,
Üzüm dövrəsinə nil da çəkərlər.
Keçmişdə kiçik yaşlı uşaqları bədnəzərdan qorumaq üçün boyaqxana küpünün
dövrəsinə dolandırar, üzlərinə nil (qara rəng) çəkərdilər.
73 Küsufun gözündən günəş qorxaraq,
Üzünə salmışdır qara bir duvaq.
Xəzinə üstünü örtməsə əgər,
Onu bu insanlar tez qarət edər.
Küsuf- Güneşin tutulmasıdır.
Yəni onun saçı və saqqalı uzanaraq, üzünün ətrafını tutmuş və Gün kimi camalını
qara bir dairə içərisinə almışdı.
74 Leyli çəng tutmuşdu bağrı başında,
Məcnun rübab kimi əli qaşında.
Yəni Leyli saçlarını çəng (çalğı alətidir) kimi bağrına basmışdı, Məcnun isə rübab
(yenə çalğı alətidir) kimi ikiqat olub əlini alnına qoymuşdu. Burada hər iki çalğı
alətinin quruluşu nəzərdə tutulur.
75 Leyli giil saçırdı ağaclara, bax,
Məcnun diirr səpirdi şabaş olaraq.
Yəni Leyli ağacların arasından boylanır və onun üzü gül kimi ağacların budağını
bazəyirdi, Məcnun isə inciyə oxşar goz yaşını şabaş edirdi.
76 Divamə bir mənəm, gizli deyildir,
Bos sənin boynunda nədir o zəncir?
Yəni divanə mənəm, zəncirlənməli mənəm, zəncir kimi höruklərin nə üçün sənin
boynundan asılmışdır? Sən o zənciri-zülfünü mənim boynuma şal!
77 İrhəm-türhəm (ərhəm-türhəm) - ərəbcə "rəhm et, sənə də rəhm etsinlər"
deməkdir. Yəni, sən aciz insanların əlindən yapış ki, çətin gündə başqaları da sənə əl
tutsunlar.
Qatlandı dizlorim qoşa, "lam" kimi,
"Yey" kimi bukmüşəm öz əllərimi.
Ərəb əlifbasında "ü " (1) çəngəl şəklində yazılır və "lam" adlanır, "^" (y) hərfı isə
qarmaq şəklində yazılır, "yey" adlanır.
Məcnun deyir ki, mən dərd əlindən dizlərimi iki "lanv' kimi qatlamışam, qollarımı
isə iki "yey" kimi bükmüşəm və bunların birləşməsindən sevgilimin adı, yəni "Leyli"
əmələ gəlmişdir.
Qum kimi səpdi o qum rənglilərə.
Qum rənglilər sozündə ərəblər nəzərdə tutulur.
80 Zəmzəm – Məkkədə bir su quyusuna verilən addır. Əfsanələrə görə,
İbrahimxəlil peyğəmbər zamanında, yəni eramızdan təqribən 2800 il
qabaqqazılmışdır.
81 Əqrəb çalmışlara verilsə gərfəs...
Gərfəz, gərəvüz - səbziyat qismindəndir. El arasında kərəvüzün əqrəb çalmış
adama verilməsi zərərli sayılır.
82 Hindli fil başına döyər hər yerdə
Ki, fil Hindistanı anmasın bir də.
Adət üzrə fılbanlar fili sürərkən toppuzla onun başına vurarlar. Nizami bunu belə
izah edir ki, filbanlar filin başına onun yeriməsi üçün deyil, onu gicəllətmək üçün
döyurlər ki, meşələrə qaçmasın.
83 Kölgə özbaşına düşməz quyuya,
Göydə dayanmamış Ay duya-duya.
Yəni həyal və kainatın xüsusi bir qanunu vardır, heç şey öz başına hərəkət etmir.
84 Su səpdi gülunün yaqut rənginə.
Yəni o ağlayaraq, alışıb-yanan yaqut rongli yanaqlarının oduna göz yaşları ilə su
çilədi.
85 Sədəfə dürr kimi girdi o nigar.
Yəni inci sədəfdə gizlənən kimi Leyli də çadırda gizləndi.
86 Qarurə - şüşə, sənək.
87 Xəyzəran - bambuq ağacı.
88 Bax, Çinin aynası parladı Çindən,
Həbəşin qaşları çatıldı birdən.
Yəni Çinin aynası (Günəş) Çindən (Şərqdən) baş qadırarkən Həbəşin
(qaranlığın) qaşları çatıldı. Günəş parladı, qaranlıq çəkildi.
89 Gecənin yolçusu yetişdi haman
Bir Yusif camalı aldı quyudan.
Yəni gecənin yolçusu olan ulduzlar quyunun başına çataraq, oradan bir Yusif
camallı gözəli (Ayı) çıxarıb öz sıralarına qatdı. Əfsanəyə görə, Yusifi qardaşları
quyuya saldıqdan sonra bir karvan oraya yetişib quyudan su çıxarmaq istədikdə Yusifi
tapmış və özlərilə bərabər Misrə aparıb orada qul adına satmışlar. Beytdə ulduzlar
yolçuya, Ay Yusifə, qaranlıq üfüq isə quyuya təşbih olunur.
90 Ulduzlar içində o parladı tək,
Göy Misri Nil kimi coşmuşdu, gerçək.
Yəni Ay ulduzların içində parlayarkən göy Misrinin bazan Nil çayı kimi coşdu.
Yəni misirlilər Yusifın camalından vəcdə gəlib onu almağa cəhd etdiyi kimi, ulduzlar
da Ayı araya almaq uçün Nil çayı kimi coşub həyəcana gəldi.
91 Saleh bir quş idi o yazıq qarğa,
Salehilər kimi geymişdi qara.
Saleh - peyğəmbərlərdən birinin adı və ərəbcə xeyirxah mənasındadır. Əfsanələrə
görə, Salehin bir dəvəsi var imiş ki, peyğəmbərin bütun gücü də ondaymış.
Düşmənləri bu dəvəni öldürdükdon sonra Salehin tərəfdarları qara geyinib matəm
saxlamışdı. Şair qarğanı xeyirxahlıqda Salehə, sakitlikdə onun dəvəsinə və qaralıqda
matem libası geymiş salehçilərə oxşadır.
92 Mən İsmayıl kimi saxlaram ədəb,
İncisəm, qoy olum İsmayılməzhəb.
İsmayil İbrahim peyğəmbərin oğlu idi, dini əfsanələrə görə, atası onu qurban
kəsmək istədikdə, o, bu təklifı razılıqla qəbul etmişdi. Məcnun dəxi sevgilisinə deyir
ki, sən mənim başımı kəssən də (İsmayıl kimi), ədəb gözləyib etiraz etmərəm. Əgər
belə etməyib səndən incisəm İsmayılməzhəb olum.
İsmayılməzhəb - VIII əsrdən başlayaraq, müsəlman şərqində geniş surətdə
yayılmış İsmaililər təriqətinə mənsub olanlara deyilirdi. Sonralar ismaililərin
həşşatilər, əsasiyyun, Fatimiyyun adlanan qolları əmələ gəlmiş, bir sıra gizli sui-qəsd
qruplar təşkil edib İran-Səlcuq hökmdarlarına qarşı mübarizə aparmışlar. Başçıları
iflas etmiş zadəganlardan ibarət olan bu təriqət, yoxsul kəndli və sənətkar
kütlələrindən öz məqsədləri üçüıı geniş istifadə etmiş və bərabərlik şüarını öz siyasi
görüşlərində irəli sürmüşlər.
93 Nərgizlə suvardı qız ərğəvanı.
Yəni Qızın nərgiz (çiçək adıdır) gözündən axan yaşı onun ərğəvan (qırmızı)
yanaqlarını islatdı.
94 Atlardan "ərəbi", "bəxti", "təkavər"...
"Bəxti", "ərəbi", "təkavər" - hər üçü at cinsləridir.
95 Ləli od verirdi, bulağı da su.
Yəni dodaqlarından od qalxırdı. gözlərindən isə yaş axırdi; Yenicə Ay görmüş
başı zədəli.
Yəni yeni Ay görmüş dəli. Dəlinin Ay gördükdə coşması məşhur bir misaldır.
97 Müğilan - dəvətikanı.
98 Zənci yuyunmaqla çinli olmadı.
Yəni qara yuyunmaqla ağarmadı.
99 Bir küncə qısılıb qaldı o baxtsız,
Bircə dörd künclünu gözlədi yalnız.
Yəni bir küncə qısılıb dörd künclü qəbrin (ölümün) yolunu gözlədi.
100Tuşə- azuqə.
101 Xəzinəni atıb, kim yesə torpaq,
O, ağıllı deyil, ilandır ancaq.
Yeni: xəzinənİ saxlayıb torpaq yeyənlər ağıllı adam olmayıb, ilandırlar. Əfsanəyə
gorə, ilan xəzinə üzərində yatır, gündə bir toz qədər torpaq yeyir.
102 Axır libasıma göz qaram hər dəm.
Yeni gozümün qarası hər an göz yaşımla birlikdə libasıma axır.
113 Lahövlə vəla (qüvvətə illa billah) - Allahdan başqa heç kəsdə qüdrət yoxdur.
104 Fərqəd - Şimal qütbünə yaxın olan iki kiçik və parlaq ulduzdan biridir.
105 Pərvin (yaxud Sürəyya) - səmada boyunbağıya oxşar ulduz toplusu. Sonrakı
beytlərdə də bürclərin və ulduzların vəziyyəti göstərilir.
106 "Yetim süfrəsinə" xeyirxahlartək
Qüfr tullamışdı altı pay çörək.
Yəni Qüfr (Ay mənzillərindəndir) səxavəti adamlar kimi "yetimlər süfrəsi"nə altı
çörək salmışdı. "Yetimlər süfrəsi" ulduzlar qrupudur ki, onda altı ulduz vardır. Şair
bu ulduzları kökəyə (qoğala) oxşadır.
107 Səhər çağının da Qurd nəfəsi var.
Yəni səhərin soyuq nəfəsi, nəsimi vardır. Qurd nəfəsi eyni zamanda səhər görünən
ulduz adıdır.
108 Boyu "əlif' kimi: ağzı "mim" kimi,
Qıvrılmışdı saçı onun "cim" kimi.
Deyirdi: - Adımdır mənim də bu "cam",
Dünyanı göstərir özündə bu cam.
"Əlif (I) hərfı ərəb əlifbasında düz, şaquli, "raim" ağzı düyməli, "cim" isə qıvrım
yazılır. Şair gözəlin saçım "cim"ə, qəddini "əliP'ə, ağzım "mim"ə oxşadır və onların
birləşməsindən "cam" (? ) əraələ gəldiyini söyləyir.
109 Dörd atdan piyada qalsan sən əgər,
Bu düyün o zaman açıla bilər.
Dörd at sözünə iki məna vermək olar, birinci dörd ünsür, (su, torpaq, od, hava),
ikinci isə dörd həyati zovq (yemək, içmək, ehtirası təmin, yuxu).
Beytin məzmunu ikinci mənaya daha yaxındır. Yəni əgər sən dünyanın əsas
ləzzətlərindən əl çəksən, bütün düyünləri aça bilərsən.
110 Möhrəsiz və gözsüz oyun çıxardar,
Ayaqsız, miniksiz çapmağımız var.
Yəni aşıqsız vo taxtasız nərd və şahmat oynayır, ayağı və atı olmadan minib
çapırıq.
111 Əmr-As (Əmr İbn As) - Böyük xəlifələr zamanı dördüncü xəlifə Əlinin
əleyhinə olub, Müaviyəni xəlifəliyə layiq bilən hiyləgər diplomat.
112 Tüküm dilə dondü, dilim də tükə.
Yəni tüklərim dilə gəldi, dilləndi, dilim isə tük kimi incaldi.
113 "Lam əlifla" ki, bax, ayrı deyildir.
"Lam əlifla" ərəbco iki hərfin "1" ve "a" hərflərinin birləşməsindən əmələ gəlir və
lüğəvi mənası "yox" deməkdir. Misranın mənası odur ki, mən "Ia" kimi "yox" olsam
da, bu yoxluq "lam" ilə "əlİf'in, yeni səninlə mənini birləşməyimin nəticəsidir.
114 Təmuz- iyul ayı.
115 Qəm də xilas oldu xəzinədardan.
Yəni qəm onu öz ürəyində həbs edən, onun xəzinədarı olandan xilas oldu. Yəni
Leyli vəfat etdi və qəm də onun sinəsindən uçub getdi.
116 Özünə şəbə de, Şəbdiz söyləmə.
Yeni qara olsan da Şəbdiz (qara at, Şirinin məşhur atının adı) deyilsən, kiçik bir
şəbəsən (qara muncuqsan.)
117 Qismətin Ay kimi qəribliksə, bil.
Qədim astrologiyada Ayın hər ayda bir bürcdən və hər gün burcün bir dişciyindən
çıxması rəvayət olunurdu. Beləliklə də, iki gün bir yerdə dayanmayan Ay qəriblik
timsalı kimi tərənnüm edilmişdir.
118 Gedir sənin Rəxşin mendən irəli.
Yəni sənin atın məndsn qabaqda gedir, sən tez öldun, vüsal mənzilinə məndən tez
çatdın. Rəxş – məşhur Rüstəm Zalın atının adıdır.
119 Səcdə edənlərin Səlcuqisən sən.
Səlcuq - səlcuqilər sülaləsinin banisidir. Burada səcdə edənlərin pənahı,
pərəstişgahı mənasında işlənmişdir.
120 O nalını salan daşı al ələ,
Qaldır öp, "Nə gözəl ləlsən" söylə.
Yəni ayağına toxunan daşı öp, gözünün üstünə qoy və gözəl ləl adlandır. Pisliyə
qarşı yaxşılıq et.
121 Küstax - kobud, dikbaş, qorxmaz, ədəbsiz.
XS
SM
MD
LG