Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:40

Müsavat Gəclər Təşkilatının üzvü Rüfət Hacıbəyliyə qarşı cinayət işi açılıb


O ictimai asaişin pozulmasına səbəb hərəkətlərin təşkili və ya bu cür hərəkətlərdə fəal iştirak etməkdə ittiham olunur.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib.

17 aprel aksiyası zamanı polisə müqavimətdə ittiham olunaraq 5 sutka həbs cəzası alan Rüfət Hacıbəylinin haqqında bu gün 48 saat həbs qətimkan tədbiri seçilib.

O aprelin 22-də azadlığa buraxılmalı olsa da, təcridxanadan birbaşa Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Səxavət Soltanlının sözlərinə görə, Rüfət Hacıbəyli polis idarəsində bir neçə saat İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı ifadə verib.

“Tanımadığı polislər üzünə durub, guya aksiya zamanı Rüfət onun avtomobilinə xətər yetirib”.

İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı artıq 9 nəfər 233-cü maddəylə ittiham olunur.
Onlardan 8-i barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG