Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:54

ABB-nin kreditorları narazıdır: 'Ödəmək istəmirlər'


S.Şərifov
S.Şərifov

Azərbaycan Beynəlxalq Bankının (ABB) investorları borcun 20 faizinin silinməsinə məcbur edilmələrindən bərk narazı qalıblar. Belə ki, mayın 23-də Londonda keçirilən görüşdə investorlara belə bir plan təklif olunub və xəbərdarlıq edilib ki, planı dəstəkləməsələr, bank bağlana da bilər. Maliyyə naziri deyib ki, kreditorlara heç vaxt tam dövlət təminatı da verilməyib. Bu haqda «Bloomberg» agentliyi yazır.

Mayın 23-də Londonda keçirilən görüşdə investorlara üç həll variantı təklif olunub. Birinci varianta əsasən, əsas kreditorlar üzrə 2.38 milyard dollar məbləğində borc 20 faiz endirimlə 12 illik dövlət istiqrazları ilə əvəzlənəcək. İstiqrazların gəlirliliyi illik 5.125 faiz təşkil edəcək.

İkinci varianta görə, borc illik gəlirliliyi 3.5 faiz olan 15 illik istiqrazlarla əvəzlənəcək. Üçüncü variant isə borcun ABB-nin yeni, gəlirliliyi 3.5 faiz olan 7 illik istiqrazları ilə əvəzlənməsini nəzərdə tutur.

KREDİTORLAR QƏZƏBLƏNİBLƏR

Azərbaycan restrukturizasiya prosesini avqustun 24-dək bitirmək istəyir.

***Buna da bax-Azərbaycan Beynəlxalq Bankı borcdan çıxmaq üçün kreditorlara nə təklif edir?

«Kreditorlar bu endirimdən xeyli qəzəbləniblər. Bu təklif onu göstərir ki, suveren borcu ödəmək imkanları olduqları halda, ödəmək istəmirlər. Bu, gələcəkdə Azərbaycana ayrılacaq maliyyənin qiymətinin qaldırır», – bunu «Landesbank Berlin Investment» fondunda, ABB-nin bondları da daxil, 2.2 milyard dolları idarə edən Lutz Roehmeyer deyir.

O, planın əleyhinə səs verməyi planlaşdırır.

«Bloomberg» yazır ki, ABB borc siyahısına Dövlət Neft Fondunun 1 milyard dollarlıq depozitini də salıb. Bu fond da dövlət tərəfindən idarə olunduğundan, onun siyahıda olması banka, təklifinə gərəkən dəstəyin 1/3-ni qazandırmış olur. Hətta investorlarla danışıqlar başlamamışdan görünən reallıq budur.

Azərbaycan hökumətinə maliyyə məsləhətləri verən «Lazard» konsaltinq firmasından Eric Lalo deyib ki, bank 100 milyon dollarlıq subordinasiya kreditini 50 faiz endirimlə 5.125 faiz gəlirliliklə 12 illik istiqrazlarla əvəz etmək niyyətindədir.

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

«ADINI NƏ QOYURSUNUZ, QOYUN»

ABB ticari kreditləşmə çərçivəsində kreditorlardan aldığı 861.5 milyon dollarlıq borcu dövlət istiqrazları ilə əvəz etmək istəyir.

«Buna diskont (kəsmə) da deyə bilərsiniz, ya da nə istəyirsinizsə, deyin, masanın üstündəki təklif budur», – maliyyə naziri Samir Şərifov bildirib.

Azərbaycan hökumətinin gözləntisi budur ki, borcların restrukturizasiyası məcmu dövlət borcunu maksimum 2.34 milyard dollar, yaxud ÜDM-nin 6 faizi qədər artıracaq. «Bloomberg» bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat xərclədiyini də qeyd edir.

***Buna da bax-Londonda Beynəlxalq Bank müzakirələri: Hələlik, nəticə yoxdur

Hazırda ABB-nin restrukturizasiya etmək istədiyi borc siyahısına 500 milyon dollarlıq avrobond, həmçinin «Societe Generale SA», «Commerzbank AG» və «Intesa Sanpaolo SpA»nın daxil olduğu investorlara borclardır. Çikaqoda mənzillənən «Cargill Financial Services International Inc.» kommersiya kreditoruna 700 milyon dollardan çox borcu var.

SƏSVERMƏ PAYI KİÇİKDİR

«Kreditorların səsvermə payı çox kiçikdir. Onların dost səs verməsiylə durumdan çıxacağı ehtimalı böyükdür», – bunu isə Londondakı «Allianz Global Investors» fondundan baş investisiya rəsmisi Greg Saichin deyir.

«Borc silməyə boyun olmağı nəzərdən keçirməyimiz təəssüf doğurur, gözlədiyimiz bu deyildi. Hökumətin və bankın etdiyi qənaət minimal həddədir. Buna görə hökumətin reputasiyasını zədələməyə dəyməzdi. Bankın bazarda böyük faiz ödəməsi də ucuz başa gəlmir, bunun başqa yolunu tapa bilərdilər», – o, sözlərinə əlavə edir.

ABB bu günlərdə 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür.

Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

XS
SM
MD
LG