Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:03

Qlobal Aclıq İndeksi açıqlanıb


Pakistanda daşqından qaçanlara yemək paylanır.
Pakistanda daşqından qaçanlara yemək paylanır.

Dünyada acların 60 faizini qadınlar və qızlar təşkil edir. Bu mənzərənin kökləri sosial struktura gedib çıxır – qadınların təhsilə, tibbi xidmətə, resurslara çıxışının olmamasına. Eynilə, etnik azlıqlar da ayrıseçkiliklə üzləşir və daha çox yoxsulluq və aclıq görürlər.

Oktyabrın 12-də 2017-ci il Qlobal Aclıq İndeksi açıqlanıb. İndeksi Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu (IFPRI), «Concern Worldwide» və «Welthungerhilfe» təşkilatları hazırlayıblar.

AZƏRBAYCANIN BALINDA İRƏLİLƏYİŞ VAR, AMMA...

Hesabatda bildirilir ki, dünyada aclığın miqyasının azaldılması üzrə uzunmüddətli proqres əldə olunub. Amma hələ də milyonlarla adam xroniki aclıqdan, bəzi yerlərdə kəskin ərzaq böhranından əziyyət çəkir.

Azərbaycan 119 ölkə içində 9.6 bal toplayıb. Ötənilki bal 9.8 idi, yəni bu il irəliləyiş var. Rusiya (6.2), İran (7.6), Ermənistan (7.7) və Gürcüstanda (7.7) durumun Azərbaycana nisbətən daha yaxşı olduğu bildirilir.

Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.

"Azərbaycansayağı survayvr"... 155 manata sağ qalmaq
Gözlə

No media source currently available

0:00 0:12:37 0:00

Siyahıya görə, Azərbaycanda 2014-2016-cı illərdə xroniki aclıqdan əziyyət çəkənlər əhalinin 1.2%-ni təşkil edib. 2012-2016-cı illərdə yaşı 5-dən aşağı olan uşaqların 3.1%-də boyuna görə çəki azlığı, 18%-də isə yaşına görə inkişaf ləngliyi müşahidə olunub. Uşaq ölümü göstəricisi 3.2%-dir.

ÖLKƏİÇİ FƏRQLƏR

Builki indeks qarışıq nəticələri ortaya qoyub: uzunmüddətli götürəndə, aclığın səviyyəsində azalma olsa da, qlobal səviyyə yüksək olaraq qalır. Fərqlər təkcə ölkələr üzrə deyil, həm də ölkələr daxilindədir.

Məsələn, Cənubi Afrika Respublikasında (CAR) durum olduqca ağırdır və son 17 ildə heç bir irəliləyiş əldə olunmayıb – 2000 və 2017-ci illərin indeksi eynidir – 50. 14 ölkə isə həmin müddətdə indekslərini 50 faizdən çox azalda biliblər. İndeksin azalması durumun yaxşılaşdığını göstərir.

Nigeriyanın şimal-şərqində 4.5 milyon nəfər aclıq içindədir, ölkənin qalan hissəsində isə ərzaq təhlükəsizliyi nisbətən təmin olunub.

Uşaqların yaş üzrə inkişafdan qalmasına görə Əfqanıstanda durum dramatik fərqlənir – ölkənin bəzi yerlərində uşaqların 24.3, bəzilərində 70.8 faizi geri qalır.

Bakı camaatının maaşı nəyə çatır, nəyə çatmır? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

BÖHRAN VƏ MÜNAQİŞƏLƏR

Ümumilikdə, 2000-ci ildən bəri dünyada aclıq səviyyəsi 27% azalıb. Aclıqdan səkkiz ölkə ən çox əziyyət çəkir. Yəməndən başqa onların hamısı Afrikada yerləşir: CAR, Çad, Liberiya, Madaqaskar, Syerra-Leone, Sudan və Zambiya. Bu ölkələrin çoxunda son onilliklər ərzində siyasi böhran və münaqişələr baş verib. CAR və Yəməndə isə son illər müharibələr alovlanıb.

Hesabatda ərzaq təhlükəsizliyinə hədələrin hələ də qaldığı bildirilir. Münaqişə və iqlim dəyişikliyinin yoxsulları daha çox vurduğu qeyd olunur. «Aclıq ayrıcalıq etmir» desələr də, edirmiş, aclıq onsuz da zəif və imtiyazlardan məhrumlar arasında daha amansızlıqla və davamlı hökm sürür. Müəlliflər belə deyirlər.

Bir məqam da maraqlıdır ki, dünyada yoxsulların 75%-i (3/4-ü) kənd yerlərində yaşayır.

İndeksi hazırlayanlar bildirirlər ki, hədəf dünyada 2030-cu ilədək aclığın kökünü kəsməkdir. Ancaq 20 milyon adamın hazırda aclıq riskiylə üz-üzə qalması həmin məqsədə çatmağın çox uzaqda olduğunu göstərir.

XS
SM
MD
LG