Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:04

Aİ Ermənistana ilk hərbi yardımı təsdiqləyir, Bakı sərt reaksiya verir


Aİ-nin bəyanatında Ermənistanın üzvlük məsələsinə toxunulmur
Aİ-nin bəyanatında Ermənistanın üzvlük məsələsinə toxunulmur

İyulun 22-də Avropa İttifaqı (Aİ) Ermənistana 10 milyon avro (11 milyon dollar) dəyərində qeyri-öldürücü hərbi yardımı təsdiqləyib.

Aİ üzvü olan 27 ölkənin xarici işlər nazirləri blokun əsas qurumu olan Aİ Şurasının iclasında yekdilliklə bu qərarı təsdiqləyiblər. Şura bəyanatında yardımın səhra hospitalının qurulmasına, Ermənistanda batalyon ölçüsündə ordu birliyi üçün yardımçı obyektlərə sərf olunacağını təsdiqləyib.

Bəyanatda deyilir ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin logistik gücünü artırmaq, böhran və fövqəladə vəziyyətlərdə dinc sakinlərin qorunmasını yaxşılaşdırmaqdır.

"Təhlükəsizlik bizim Ermənistanla qarşılıqlı münasibətlərimizdə getdikcə daha çox əhəmiyyət kəsb edən elementdir", - bəyanatda Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrelə istinadla deyilir.

Ermənistan yardımın təsdiqlənməsini alqışlayıb, xarici işlər naziri Ararat Mirzoyan bunu "Ermənistan-Aİ tərəfdaşlığında çox vacib mərhələ" adlandırıb.

Müdafiə naziri Suren Papikyan Aİ-yə ölkəsinə ilk hərbi yardıma görə təşəkkür edib.

Paşinyan Avropa Parlamentində alqışlandı: 'Mehridən yol açmağa hazırıq'
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Macarıstan vetonu qaldırandan sonra...

Azərbaycan Xarici İşlər Nazirliyi Aİ-nin qərarını "qərəzli və birtərəfli" adlandırıb. "[Bu qərar] olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir", -- nazirliyin sözçüsü Ayxan Hacızadə deyib.

Aİ bu ilin əvvəlində sözügedən yardımın təsdiqlənməsi ilə bağlı hərəkətə keçib. Apreldə bəlli olub ki, Macarıstan bu qərarı bloklayır, oxşar yardımın Azərbaycana da ayrılmasını tələb edir.

Bu ayın əvvəlində isə diplomatik mənbələr AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Aİ Azərbaycanda minatəmizləmə fəaliyyətini maliyyələşdirməyə razılıq verəndən sonra Macarıstan da vetonu qaldırıb.

Macarıstan Ermənistanla münaqişədə Azərbaycana dəstəkləyir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatla Qarabağ üzərində nəzarətini bərpa edib. Ancaq Ermənistanla sülh sazişi imzalanmayıb, danışıqlar davam edir.

Viza məsələsi

Aİ-nin xarici işlər nazirləri iyulun 22-də beş gün öncə verilmiş qərarı də möhürləyib, Ermənistan vətəndaşları üçün viza məhdudiyyətlərinin qaldırılması üzrə rəsmi danışıqlara başlamaq qərarı verilib. Danışıqların illərlə çəkəcəyi bildirilir.

Ermənistan hökuməti Rusiya ilə gərginliyin artması fonunda Qərblə yaxınlaşmağa çalışır. Nikol Paşinyan hökumətinin bəzi üzvləri ölkənin Aİ-yə qoşulmağının vacib olduğunu deyirlər. Amma Aİ-nin dünənki bəyanatında belə bir məsələyə toxunulmur. Bəyanatda deyilir ki, blok Yerevanla münasibətləri 2017-ci ildə imzalanmış Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi əsasında dərinləşdirməyə hazırdır.

XS
SM
MD
LG