Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:01

ATƏT PA Azərbaycan və Ermənistana dair bəyannamə qəbul edib


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, ATƏT-in Parlament Assambleyasının iyulun 4-də qəbul etdiyi yekun sənəd, Vankuver bəyannaməsi Azərbaycanı silahlı qüvvələrini Ermənistanın suveren ərazisindən çıxarmağa, Beynəlxalq Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarına uyğun olaraq Laçın dəhlizi ilə adamların və yüklərin maneəsiz keçidini təmin etməyə, habelə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı üçün beynəlxalq icma ilə birlikdə pozitiv gündəlik formalaşdırmağa çağırır.

Bəyannamədə habelə bütün saxlanan şəxslərin azad olunmasına, müharibə zamanı itkin düşənlərin taleyinin aydınlaşdırılmasına, regionun mədəni irsinin qorunmasına və minalardan təmizləmə prosesinin dəstəklənməsinə çağırış edilir.

Sülh razılaşmasının imzalanmasına çağırış

Sənəd habelə Azərbaycan və Ermənistanı bir-birinin ərazi bütövlüyünün tanınması əsasında hərtərəfli sülh razılaşmasının imzalanması üçün danışıqlar prosesinin davam etdirilməsinə çağırır, həmçinin ABŞ və Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında dialoqun qurulmasına və qarşılıqlı etimadın yaradılmasına yönəlik səylərini alqışlayır.

ATƏT-in Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin başçısı, Ermənistan Milli Məclisi xarici əlaqələr daimi komissiyasının başçısı Sarkis Xandanyan özünün Facebook səhifəsində yazır ki, beləliklə Ermənistan tərəfinin bütün təklifləri qəbul olunub.

Azatutyun yazır ki, ATƏT PA-nın Kanadanın Vankuver şəhərində keçirilən yay sessiyasında Xandanyan Assamlbleyanın demokratiya, insan haqları və humanitar məsələlər üzrə komissiyasının sədr müavini vəzifəsinə seçilib.

Ermənistan sərhədinə yaxın kənddə camaat yağışın ümidinə qalıb: Kəndə su niyə verilmir?
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG