Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:07

'Bu hissələr Azərbaycana daxil olarkən avtomatik 33 faiz bahalaşır'


Ehtiyat hissələri bazarı od tutub yanır
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

Ehtiyat hissələri bazarı od tutub yanır

Azərbaycanda avtomobillər üçün ehtiyat hissələri və mühərrik yağlarının bahalaşdığı bildirilir. Avtomobillərin ehtiyat hissələrinin bahalaşması artıq bir neçə ildir davam etsə də, bəzi sürücülərin sözlərinə görə, bu il qiymətlər kəskin artıb.

"Azərbaycana ehtiyat hissələr xaricdən gəlir"

Bakıda avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazalardan birindən Azadlıq Radiosuna bildirilib ki, bu ilin yanvarından indiyə qədər ayrı-ayrı ehtiyat hissələri ortalama 35-50 faiz bahalaşıb: "Azərbaycana ehtiyat hissələr xaricdən gəlir. Oradan da çox baha gəlir deyə, burada da qiymət qalxır. Rusiyadan gələn ehtiyat hissələrin bəziləri – yağ filtri, kuzov hissələri indi heç öz bazarlarında yoxdur".

Ötən il Azərbaycanda avtomobil ehtiyat hissələrinin istehsal edəcəyi deyilsə də, hələlik, bu, yalnız sözdə qalıb.

Maşın bazarında kəskin bahalaşma - REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00

Avtomobillər artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə minik avtomobillərinin sayı 84.7 min artaraq 1.35 milyon ədədə çatıb.

Avtomobillərin 1 milyon 82 mininin istehsal tarixi 10 il və daha çoxdur. Bu avtomobillər də 2021-ci ildə 89 min artıb.

Rəsmi məlumata görə, Azərbaycana 2022-ci ilin birinci yarısında 782 milyon dollar dəyərində nəqliyyat vasitəsi və onların ehtiyat hissələri idxal edilib. Ötən ilin həmin dövrdə bu rəqəm 479.4 milyon idi.

A.Badamov
A.Badamov

"Xaricdə bahalaşma, təbii ki,…"

Milli Məclisin deputatı Azər Badamov da "Turan"a bildirib ki, Azərbaycan avtomobillərin ehtiyat hissələrini istehsal etmir: "Xaricdə də, demək olar ki, istehsal olunan bütün mallarda qiymət artımları baş verir. Təbii ki, idxal olunan mallarda qiymətlərin qalxması daxili bazarlarda həmin malların qiymətlərinə də təsir göstərir".

Mühərrik yağlarının qiymətinin qalxması ilə bağlı isə deputat vurğulayıb ki, həmin yağların bir hissəsi ölkədə istehsal olunsa da, onların tərkibində olan komponentləri də Azərbaycan idxal edir: "Digər tərəfdən, Azərbaycanda istehsal olunan mühərrik yağları ölkənin tələbatını ödəmir və bu tələbat idxal olunan yağlar hesabına ödənilir. Xaricdə bahalaşma, təbii ki, daxili bazarlarda qiymət artımına gətirib çıxarır".

O hesab edir ki, bütün bu proses ikinci əl avtomobillərinə də öz təsirini göstərir: "Həmin növ avtomobillərin qiymətlərində artım oldu. Ehtiyat hissələrinin bahalaşması da bu qiymətlərə təsir edəcək və bahalaşmalarına gətirib çıxaracaq".

N.Cəfərli
N.Cəfərli

"1 milyondan çox Azərbaycan vətəndaşlarının cibinə…"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna mövzu ilə bağlı açıqlamasında öncə ölkə daxilində istehsala toxunub: "Sürtgü yağlarının kiçik bir hissəsinin istehsalı var idi. İndi həmin müəssisələrin nə dərəcədə fəaliyyət göstərib-göstərmədiyi məlum deyil. Ehtiyat hissələri isə tam həcmdə xaricdən gətirilir".

Onun sözlərinə görə, bahalaşma avtomobil istifadəçiləri olan 1 milyondan çox Azərbaycan vətəndaşlarının cibinə ciddi mənfi təsirini göstərən amilə çevrilib. O vurğulayıb ki, avtomobil alqı-satqısı ilə məşğul olan insanların da başqa xərcləri artdıqca onların qazanc əldə etmək istəkləri də artır: "Avtomobillərin ehtiyat hissələrinin bahalaşması, əlbəttə ki, maşınların qiymətinə də təsir göstərir".

Naz-Lifan sürücüsü: "Prezidentin bu maşından xəbəri yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

"Gömrük rüsumları və vergilər də…"

N.Cəfərli deyir ki, gömrük rüsumları və vergilər də avtomobil ehtiyat hissələrinin bahalaşmasına təsir göstərir: "Ölkəyə gətirilən istənilən ehtiyat hissələrinin 15 faiz gömrük rüsumu, 18 faiz Əlavə Dəyər Vergisi var. Deməli, bu hissələr Azərbaycana daxil olarkən avtomatik 33 faiz bahalaşır. Biz dərman və ərzaq məhsullarının gömrük vergisinin sıfıra, vergilərin isə 2 faizə endirilməsini təklif etsək də, hökumətdən cavab yoxdur".

XS
SM
MD
LG