Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:33
Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik və atışmalar müşahidə olunur. Bütün atəşkəs pozuntusunda tərəflər bir-birini ittiham edir. Ermənistan iddia edir ki, Azərbaycanı sərhədlərini pozub müəyyən ərazilərini tutub. Azərbaycan isə öz növbəsində bildirir ki, sadəcə, 30 il ərzində işğal altında olan ərazilərinə qayıtmaqla Ermənistan sərhədinə çıxıb.

Naxçıvan atəşə tutulub

Azərbaycan Naxçıvan istiqamətində mövqelərinin yenə atəşə tutulduğunu bildirir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 6-sı günün ikinci yarısı məlumat yayıb.

Məlumata görə, avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələri ərazisindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu məlumatda da qeyd edilir ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qarşı tərəfə cavab verildiyi bildirilir.

Naxçıvan istiqamətində yenə atəşkəsin pozulduğu deyilir

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərini atəşə tutub

Nazirlik bununla bağlı bu gün, avqustun 9-da səhər saatlarında məlumat yayıb.

Məlumata görə, avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub: "Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur." Açıqlamaya görə, qarşı tərəfə cavab verilib.

Müdafiə naziri A.Karapetyan 3-cü korpusun komandiri A.Tsakanyanı korpus heyətinə təqdim edir.
Müdafiə naziri A.Karapetyan 3-cü korpusun komandiri A.Tsakanyanı korpus heyətinə təqdim edir.

Ermənistan isə Azərbaycan Silahlı Qüvvələrini atəşkəsi pozmaqda, provokasiyada ittiham edir. Avqustun 7-də yayılmış məlumata görə, Azərbaycan tərəfi sərhədin Sünik hissəsində yerləşən erməni mövqelərinə müxtəlif kalibrli silahlardan atəş açıb.

Qaragöl (Sev liç) ərazisindəki erməni mövqelərinin də atəşə tutulduğu, cavab atəşi açıldığı bildirilir.

AzadlıqRadiosunun Ermənistan xidmətinin yaydığı başqa bir məlumata görə, Müdafiə naziri Arşak Karapetyan avqustun 7-də 3-cü korpusun komandiri, polkovnik Aleksandr Tsakanyanı korpus heyətinə təqdim edib. Nazir görüşdə qarşı tərəfin Ermənistan sərhədini pozmaq cəhdlərini qəti şəkildə önləməyi tapşırıb.

Azərbaycan dövlət sərhədini pozmadığını, özünün sərhəd mövqelərini möhkəmləndirdiyini bildirir.

Nazirlər sərhəddən danışıb

Bu gün, avqustun 9-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri müzakirə ediblər.

Açıqlamaya görə, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələlər nəzərdən keçirilib: "Tərəflər, eyni zamanda, ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər".

Azərbaycan Kəlbəcərdə mövqelərinin vurulduğunu deyir

Azərbaycan Kəlbəcər istiqamətində mövqelərinin vurulduğunu deyir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi bu gün, avqustun 11-i, saat 10:30 radələrində məlumat yayıb.

Həmin məlumata görə, avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələri öz mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub: "Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Davamı

XS
SM
MD
LG