Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:44
Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik və atışmalar müşahidə olunur. Bütün atəşkəs pozuntusunda tərəflər bir-birini ittiham edir. Ermənistan iddia edir ki, Azərbaycanı sərhədlərini pozub müəyyən ərazilərini tutub. Azərbaycan isə öz növbəsində bildirir ki, sadəcə, 30 il ərzində işğal altında olan ərazilərinə qayıtmaqla Ermənistan sərhədinə çıxıb.

Kəlbəcər və Gədəbəydə mövqelərin vurulduğu deyilir

Cəbhə bölgəsindən yenə atəşkəsin pozulması ilə bağlı məlumatlar gəlməkdədir. Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 18-i səhər saatlarında da bildirib ki, Ermənistan silahlı qüvvələri mövqelərini atəşə tutub.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu məlumata, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

Erməni ekspert: 'Azərbaycan və Rusiya qüvvələrinin toqquşma riski var'
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə mövqelərini atəşə tutub.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 19-u saat 17:24-dən 20-si saat 00:25-dək mövqelərindən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

"Bundan əlavə, avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb", - məlumatda bildirilir.

Nazirlik vurğulayır ki, qarşı tərəfə cavab verilib, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu məlumata, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

XS
SM
MD
LG