Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:41
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

Əsas məqamlar

20:52 7.2.2024

"Ekzit-poll"un nəticələri açıqlanandan sonra Bakı və Sumqayıtda prezident İlham Əliyevin qələbəsini qeyd etmək üçün avtoyürüş təşkil olunub.

7 fevral prezident seçkilərində bir neçə təşkilatın "ekzit-poll" keçirdiyi bildirilir. Maliyyə mənbələrini tam açıqlamayan həmin təşkilatların vurğulamasına görə, İ.Əliyev səslərin 90 faizindən çoxunu qazanaraq qalib olub.

20:43 7.2.2024

Keçmiş ABŞ səfiri seçki günü haqqında

Səsvermə günü Azərbaycanın xaricindən necə göründü? Azərbaycan üzrə təhlilçi, ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kazlariç deyir ki, bu dəfə ölkədən çıxan informasiya daha məhduddur, seçki haqda internetdə məlumat daha azdır: "Məndə elə təəssürat yarandı ki, bu dəfə beynəlxalq müşahidəçi elə də çox deyildi. Bir neçə kiçik qrupun çəkdiyi fotoları gördüm. Onlarla ciddi şəkildə müşahidə aparmaq imkanı yox idi. Sosial media fəalları və jurnalistlər həbs olunduqları üçün adamlar seçki pozuntularını smartfonlarla və s. çəkib göndərməyə çəkinirlər. Daxili müşahidəçilərin gün ərzində informasiya toplamaq imkanı olmadı. Məncə, jurnalistlərə və müxalifətə olan təzyiqlər müşahidə prosesinə mənfi təsir etdi".

20:05 7.2.2024

Bəzi məntəqələrdə bülletenlərin üzərinə siyasi məhbus sayılan şəxslərə azadlıq şüarı yazılıb.

Rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

20:01 7.2.2024

Azərbaycanda prezident seçkisi bitdi: Səsvermə ilə bağlı real durum nədir? - CANLI YAYIM

Prezident seçkisində son durum nədir? Seçkilər necə gedir? Ekspertlər seçkiləri necə dəyərləndirir?

Davamı

XS
SM
MD
LG