Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:20

Sahibkardan üçfazalı sayğaca görə 3 min istədilər


"Azərişıq"dan məktub
"Azərişıq"dan məktub

“Sahibkarları soymaqdan ötrü indi də bu yola əl atıblar. Halbuki, qanunda bunların tələb etdiyi belə bir ödəniş yoxdur”.

Xaçmaz sakini Elçin Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olur. AzadlıqRadiosu-na danışır ki, 6 aydan çoxdur, sahibi olduğu obyektin elektrik verilişini gücləndirmək üçün Xaçmaz Regional Elektrik Şəbəkəsinə müraciət edib. Ancaq qurum ondan 3 min manat istəyib.

Buna da bax:​ Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

HEÇ KƏS BUNUN NƏ OLDUĞUNU BİLMİR

Sahibkarın sözlərinə görə, araşdırma aparıb və tələbin qanunsuz olduğunu öyrənəndən sonra pulu ödəməkdən imtina edib:

“70 kvadratmetrlik obyektə görə texniki şərti 10 ildir əldə etmişəm. Sadəcə, təkfazalı sayğacı üçfazalı sayğaca dəyişmək və güc artımı üçün “Azərişıq”ın Xaçmaz bölməsinə müraciət etmişəm. 3 gün sonra əməkdaşları gəldi, baxış keçirtdi, protokollaşdırdı, dedi, ‘sənədləri “Azərişıq” ASC-yə göndəririk, ordan texniki şərt verməlidilər’. 6 aydan çoxdur ki, süründürürlər. Bu pul tələbinin adını “pay iştirakının məbləği” qoyublar. Guya qeyri-əhali qrupuna texniki şərt verilməsi, güc artımı, şəbəkəyə qoşulması üçün sahibkar “pay iştirakının məbləği” adlı ödəniş etməlidir. Söhbət hansı paydan, hansı iştirakdan gedir, bilmirəm. Qanunu sağdan sola, soldan sağa oxudum, hüquqşünaslarla məsləhətləşdim, heç kəs “pay iştirakının məbləği” nə olan şeydir, bilmədi. Heç işıq idarəsində də bunun mahiyyətini bilən yoxdur”.

Buna da bax:​ 'Narahatçılıq bu qanunun kağız üzərində qalmasıdır'

MƏHKƏMƏ OLACAQ

Hüquqşünas Vaqif Alıyev deyir, istər əhali, istərsə də qeyri-əhali üçün texniki şərtlər pulsuzdur:

“Nazirlər Kabinetinin 234 saylı, 27.08.2014-cü il tarixli qərarının 1.9 bəndinə görə, texniki şərtin verilməsi üçün pul ödənilmir. Sahibkar bu qərara əsaslanıb “Azərişıq”a qarşı iqtisad məhkəməsində iddia qaldıra bilər”.

Elçin Əliyev belə də edib. 1 saylı İnzibati İqtisad Məhkəməsində “Azərişıq” ASC-yə qarşı iddia qaldırıb. Yanvarın 24-də tərəflər məhkəmə qarşısında görüşəcək.

Buna da bax:​ 'Bəs deyirdilər, kasıblara təsir etməyəcək?'

ÖDƏNİŞ BARƏDƏ QEYD YOXDUR

Xaçmaz Regional Elektrik Şəbəkəsindən sahibkardan pul tələbinə aydınlıq gətirilməsini xahiş etsək də, “Qaynar xətt”ə bildirilib ki, Elçin Əliyev məhkəməyə müraciət edib. Məsələyə də məhkəmə hüquqi qiymət verəcək. Pul tələbinə gəlincə, suala cavab verilməyib.

Ötən il sentyabrın 19-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sahibkara göndərdiyi məktubda qeyd olunur ki, Xaçmaz rayonunda yerləşən “Ultura-F.F” firmasına məxsus ambulator tibb xidməti məntəqəsinin elektrik təchizatı üçün “Azərişıq”ın aidiyyəti idarəsi tərəfindən 10 avqust 2016-cı ildə Texniki Şərt hazırlanıb. Elçin Əliyev deyir, bu, 3 min manata görə ilişib qalmış və ona təqdim olunmayan Texniki Şərtdir. Ancaq həmin məktubda Texniki Şərtə görə sahibkarın ödəniş etməli olduğunu bildirən qeyd yoxdur.

Buna da bax: Sayğac tenderində şübhəli rəqəmlər

Sahibkarın daha öncə Prezident Administrasiyasına və Baş Prokurorluğa etdiyi şikayətlər cavabsız qalıb.

XS
SM
MD
LG