Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Bakının mərkəzindəki 'xaotik tikinti'nin haqq-hesabı kimdən sorulacaq?


İran səfiri ermənilərin Tehrandakı hərəkətini özbaşınalıq adlandırır
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

İran səfiri ermənilərin Tehrandakı hərəkətini özbaşınalıq adlandırır

Uzun illərdir ki, paytaxtın təəssübkeşləri yeni tikililərin Bakını korladığını, özünəməxsus simasını dəyişdiyini iddia edirdi, indi isə prezident İlham Əliyev özü etiraf edib ki, Bakıda xaotik aparılan tikintilər var.

Prezident bunu martın 1-də, mədəniyyət və incəsənət xadimlərinin görüşündə deyib:

“Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın”.

Bəs son 20 ildə Bakı hansı sənəd əsasında tikilirdi? Xaotik tikililələrə, korlanmış şəhərə görə kim cavabdeh olmalıdır? Prezident İlham Əliyev bu sualların cavabı haqda danışmayıb.

Paytaxt plansız tikinti meydançası kimi

Mütəxəssislər adətən deyirlər ki, Bakı plansız tikinti meydanına çevrilib, bu illər ərzində paytaxt tarixi abidələrini itirib, havaya qalxan toz ekologiyanı korlayıb, kanalizasiya sistemi bərbad vəziyyətə düşüb, tikintilər şəhərdə sürüşmə təhlükəsini artırıb. Paytaxtın baş planında bütün bunlar nəzərə alınmışdımı?

Tarix-Mədəni-Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin koordinatoru Aytəkin İmranova deyir ki, fəallar 2010-cu ildə Bakı şəhər icra hakimiyyətini məhkəməyə vermişdilər ki, tarixi abidələri söküb yerində yeni binaların tikilməsini əsaslandıran baş plan təqdim olunsun. Həmin vaxt Bakı İcra Hakimiyyəti rəsmi şəkildə etiraf edib ki, onlarda bu sənəd yoxdur. Sənəd olmasa belə, tikinti -söküntü işləri aparılıb:

“Bizdə bir müddət söküntülər və yeni tikililərə əlahiddə hakimiyyət - Bakı Şəhər İcra Hakimiyyətində oldu. Hətta rayon icra hakimiyyətlərindən sual soruşanda deyirdilər ki, biz kimik ki, qərarı onlar verir. Amma Dövlət Şəhərsalma və Memarlıq Komitəsi də memarlıq baxımından icazə verirdi. Sökülən abidələrlə bağlı söhbətimizdə bizə qeyri-rəsmi deyiblər ki, bizdən soruşan olub ki, biz də cavab verək?”

Bəs indi necə? Baş plan hazırdımı? Keçən ay Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev "Report.az" a müsahibəsində deyib ki, hazırda Bakının Baş Planının hazırlanması üzərində iş aparılır və planı kimin hazırlaması üçün şirkət müəyyənləşir.

Aytəkin İmranova deyir ki, hansısa standarta uyğun olmayan binanın arxasında yüksək çinli dövlət məmurunun durduğuna inanır, o, siyasi dəstək olmadan planla uyğun və ya uyğun olmayan binanın ucaldılmadığını düşünür.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Özəl yaşayış binaları bir tərəfə, indiyə qədər dövlət büdcəsindən də tikintiyə ayrılan vəsaitin şəffaflığı sual altına alınıb.

Korrupsiyaya qarşı mübarizə aparan fəallar, o cümlədən iqtisadçı alim Qubad İbadoğlu deyir ki, hər il dövlət büdcəsinin ortalama 40 faizə qədəri tikintiyə ayrılır və tenderlərlə özəl tikinti şirkətlərinə paylanır, iqtisadçı bu pulların üçdən ikisinin korrupsiyanın yeminə çevrildiyini iddia edir.

Bakıdakı ən böyük tikinti şirkətlərinin hakimiyyətin ən yuxarı eşalonundakı məmurlara aid olduğunu iddia edən məqalə və jurnalist araşdırmaları var.

Hakimiyyət rəsmiləri isə bir qayda olaraq, korrupsiya ilə səmimi şəkildə mübarizə apardıqlarını deyirlər.

Bakı planla tikilsəydi, indikindən 3-4 dəfə gözəl olardı

Bakının baş planının müəlliflərindən biri, Memarlıq və İncəsənət Universitetinin professoru Feyzulla Quliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, Bakı planla tikilsəydi, indikindən 3-4 dəfə gözəl olardı. Memar deyir ki, 50 ildir ki, araşdırdığı paytaxtın panaramını indi tanıya bilmir. Onun sözlərinə görə, son illər gözəl tikililər, arxitektura nümunələri də inşa olunub, amma şəhərin mərkəzinin görüntüsünü korlayan hündürmərtəbəli binalar, xeyli sayda standarta cavab verməyən, lift, zibil tullantılarının atılması sistemini nəzərə almayan binalar da çoxdur.

“Heyf ki, baş plan, o yerin landşaftı, situasiyası, tarixi memarlıq abidələri ilə vəhdət təşkil olunması nəzərə alınmır. Mən bilmirəm, bizdə mütəxəssislər yoxa çıxıbmı... “Bordyur” xəttini “ponijenni” edirlər ki, maşınlar çıxıb səkidə dayansın. Hal-hazırda dayanacaqlar taksilərlə zəbt olunub”.

Prezident İlham Əliyev son müşavirəsində indiyə qədər xaotik tikilən binaların hesabatını soruşmayıb, amma deyib ki, Şəhərsalma və Arxitektura Komitəsinin qarşısında ciddi vəzifələr qoyub.

Keçən il, Şəhərsalma və Arxitektura Komitəsinin də, Bakı Şəhər İcra Hakimiyyətinin də, rəhbərliyi dəyişib.

Feyzulla Quliyev deyir ki, bundan sonra Bakının plana uyğun tikiləcəyinə ümid edir. Onun sözlərinə görə, Böyük Bakı ərazisində hələ də xeyli yerlər var ki, yeni, planlı tikililər inşa oluna bilər.

Bakıda tikinti bumuna əsasən 2000-ci illərin əvvəlindən, ölkəyə neft pulları axmağa başlayandan sonra start verilib.

XS
SM
MD
LG