Almaniya sığınacağı kimə verir?
Hələlik ən yaxşı şansa suriyalılar malikdirlər. 2014-cü ildə Almaniyadan sığınacaq istəmiş 26 min qaçqından yalnız bir faizinə rədd cavabı verilib. Əslində, Almaniya Avropa İttifaqı ölkələri arasında suriyalılara ən geniş qucaq açmış ölkədir. Suriyada 4 illik müharibə artıq 240 min insanın həyatına son qoyub. Suriyalıların 4 milyonu qaçqına çevrilib.
Şəkidə zəlzələ
Sentyabrın 4-də 09:49-da Şəkidə zəlzələ olub. Zəlzələnin episentri şəhərdən 29 km cənub-şərqdə olub. Zəlzələ episentrdə 7 bal, Azərbaycanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Seysmoloji Xidmət yeni 7 ballıq zəlzələ gözləmir
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Şəkidə zəlzələ 15 saniyə olub. İndi zəlzələdən sonra yeni təknalar ola bilər, "ancaq mən 7 bal gücündə yenidən bir təkan olacağına inanmıram".
Neft şirkətlərində ixtisarlar
«Statoil»un Azərbaycan nümayəndəliyində işçilərin sayı 40 nəfərdən 10-15 nəfərə qədər düşüb. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) köklü ixtisarların aparılması davam edir.Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı "Bizim yol" qəzetinə bildirib ki, hazırda neft şirkətlərinin əksəriyyətində işçilərin ixtisarları aparılır və ən azı ilin sonuna kimi bu proses davam edəcək: «Çünki hasilat da kəskin şəkildə düşüb." Media icmalı