Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:06

«Bank Standard»a dövlət əl qoydu


Bank Standard. Foto: Trend
Bank Standard. Foto: Trend

-

Maliyyə Bazarlarına Nəzarət Palatası «Bank Standard»a müvəqqəti inzibatçı təyin edib.

Fins.az-ın xəbərinə görə, bunu palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Onun deməsinə görə, son vaxtlar bankın likvidlik və kapital mövqeyi zəifləyib. Buna görə də bankda yoxlama aparılıb.

R.Aslanlı qeyd edib ki, yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəetmə qurumlarının vəziyyətdən çıxmaqdan ötrü yetərli imkanlara malik olmadığı bəlli olub.

Palata sədri deyib ki, hazırda banka dövlət dəstəyi ilə bağlı işlər aparılır: «Artıq banka pul köçürülüb. Eləcə də bankda fiziki və hüquqi şəxslərdən əmanət qəbulu iyunun 2-nə qədər dayandırılıb. Bu məhdudiyyət heç bir halda bankın əməkdaşlarının maaşlarının verilməsinə və müştərilərə ödənişlərə təsir etməyəcək. Artıq ayrılmış likvidlik dəstəyi hesabına əməkhaqqı ödənişləri başlanıb. Müvəqqəti inzibatçı banka nəzarət edir və faktiki olaraq idarəetməni üzərinə götürüb».

R.Aslanlı bildirib ki, bank müflis elan edilməyib. Amma onun idarə edilməsini dövlət öz üzərinə götürüb. İlkin olaraq bankın vəziyyətini normallaşdırmaq məqsədilə 15 milyon manat ayrılıb.

Bu il Mərkəzi Bank 7 bankın lisenziyasını ləğv edib. Sonradan onlardan birinin-«NBC Bank»ın lisenziyası qaytarılıb.

XS
SM
MD
LG