Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:48

Banqladeşin 76 yaşlı baş naziri istefa verdi və ölkəni tərk etdi


Şeyx Hasina
Şeyx Hasina

Banqladeşin 15 ildir ki, hakimiyyətdə olan baş naziri Şeyx Hasina genişlənməkdə olan etiraz aksiyaları əsnasında istefa verib və kiçik bacısı ilə birlikdə ölkəni tərk edib.

Bu da xəbər verilir ki, helikopterlə uçmazdan əvvəl Hasina müraciətini yazmaq istəyib, amma buna macal tapmayıb.

Etirazlar iyun ayında məhkəmə dövlət vəzifələrinin 30 faizinin 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda müharibənin veteranlarının qohumlarına verilməsi sisteminin bərpası barədə qərar verəndən sonra başlanıb.

Reuters agentliyi yazır ki, bu məhkəmə qərarı tələbələr arasında etirazlara səbəb olub, daha sonra isə aksiyalar ölkə boyunca yayılıb.

Avqustun 4-də
Avqustun 4-də

Qanlı etiraz

Hakimiyyət iyulun 19-da etirazların yatırılması üçün qoşun yeritmiş və internetə girişi məhdudlaşdırmışdı.

Hadisələr nəticəsində müxtəlif təxminlərə görə 150-200 arası ölən olub, 11 min nəfər həbs edilib.

Təkcə ötən bazar, avqustun 4-də polislə toqquşmalarda azı 95 nəfər həlak olub. Bundan sonra fəallar avqustun 5-də baş nazirin istefası tələbi ilə yürüş elan etmişdilər.

Avqustun 5-də paytaxt Dəkkənin küçələrinə minlərlə etirazçı çıxıb , onların bir qismi baş nazirin iqamətgahına daxil olub.

Videolarda adamların iqamətgahı talan etdikləri, mebel və başqa əşyaları daşıdıqları görünür.

Etirazçılardan bəziləri ilk prezident və Hasinanın atası Mucibur Rəhmanın abidəsini uçurmağa çalışıb.

Müvəqqəti hökumət olacaq

Ordu baş qərargahının rəisi general Vaker uz-Zaman xalqa müraciət edib və deyib ki, Şeyx Hasina istefa verib.

General bildirib ki, tezliklə müvəqqəti hökumət təşkil olunacaq.

O vurğulayıb ki, prezident Məhəmməd Şahabuddinlə görüşəcək və adamların ölməsinə görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq.

Şeyx Hasinanın Hindistana gəldiyi xəbər verilir. Hindistan hökuməti onun ölkədən təhlükəsiz keçidini təmin etməlidir.

XS
SM
MD
LG