Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:49

Bayden Putini nüvə təhdidlərində ittiham edib


Co Bayden BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 77-ci sessiyasında çıxış edib
Co Bayden BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 77-ci sessiyasında çıxış edib

ABŞ prezidenti qeyd edib ki, dünyada bir nəfərin başladığı “qəddar və lüzumsuz” müharibə gedir

Rusiya prezidenti Vladimir Putin Avropanın ünvanına açıq və məsuliyyətsiz nüvə təhdidləri ilə çıxış edib.

Bunu BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 77-ci sessiyasında ABŞ prezidenti Co Bayden deyib.

Bayden qeyd edib ki, dünyada bir nəfərin başladığı “qəddar və lüzumsuz” müharibə gedir:

"BMT Təhlükəsizlik Şurasının daimi üzvü öz qonşusunun ərazisinə soxulub, suveren bir dövləti dünya xəritəsindən silməyə çalışıb”.

Co Bayden çıxışında Putinin qismən səfərbərlik barədə qərarından, Kremlin Ukraynanın işğal olunmuş ərazilərində keçirməyi planlaşdırdığı referndumlardan da bəhs edib.

Putin 300 min əsgər toplayır
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Hamı üçün ədalətli sonluq

Bayden bu ərazilərin Rusiyaya birləşdirilməsi üçün keçiriləcək səsverməni “dekorasiya” adlandırıb:

"Putin deyir ki, o belə hərəkət etməyə məcbur olub, çünki Rusiya təhlükə ilə üzləşib. Amma Rusiyanı heç kəs təhdid etməyib. Rusiyadan başqa, heç kim münaqişə istəmirdi”.

ABŞ prezidenti Rusiyanın Ukraynanın mülki və mədəniyyət obyektlərinə hücumlarını, habelə vətəndaşların kütləvi öldürülməsini pisləyib:

"Bütün bu müharibədən məqsəd Ukraynanı bir dövlət kimi mövcud olmaq hüququndan məhrum etməkdir”.

Bayden Ukraynaya bir daha dəstək bildirib və deyib ki, ABŞ bu müharibənin hamı üçün ədalətlə başa çatmasını istəyir.

ABŞ prezidenti deyib ki, Vaşinqton Rusiyanın NATO ərazisinə hücumunun qarşısının alınması üçün müttəfiqləri ilə sıx əməkdaşlıqda işləyir.

XS
SM
MD
LG