Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:22

Həbsdə olan bələdiyyə sədri: 'O pullardan özümə bir qara qəpik də götürməmişəm'


Fikrət Quliyev
Fikrət Quliyev

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyev rüşvət, saxta sənədlərdən istifadə kimi ittihamlarla 5 aydan çoxdur həbsdədir. Amma o, rüşvət ittihamını qəbul etmir və deyir ki, nə qanunsuz torpaq satıb, nə də kimdənsə özü üçün pul alıb. F.Quliyev bu barədə öz məhkəməsində danışıb.

Sabiq bələdiyyə sədrinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işinin materiallarında iddia edilir ki, o, Yeni Suraxanı bələdiyyəsinin ərazisində torpaq sahəsi ayrılmasından, tikinti işlərinin aparılmasından ötrü rüşvət alıb, eləcə də saxta sənədlər hazırlayaraq onlardan yararlanıb.

"Hüzr xərclərini çəkdim"

İyulun 17-də məhkəmədə ifadə verən F.Quliyev özəlliklə koronavirusla əlaqədar ölkədə sərt karantin rejimi tətbiq olunarkən, müxtəlif adamlara sənəd verib pul aldığını təsdiqləyib. Ancaq alınan pullardan bir manat da özünə götürmədiyini söyləyən keçmiş bələdiyyə sədri 2020-ci ildə pandemiyanın ardınca Azərbaycanda 44 günlük müharibə başlandığını da yada salıb. Onun sözlərinə görə, özəlliklə müharibə dövründə bələdiyyənin xərcləri çox idi və alınan pullar da o işlərə xərclənirdi: "Elə vaxt oldu ki, bir gündə Yeni Suraxanı kəndinə üç şəhid gəldi. Hüzr xərclərini çəkdim. Hər birinin halalı olsun. Bunu ona görə deyirəm ki, pulların hara xərcləndiyini çatdırım. O pullardan özümə bir qara qəpik də götürməmişəm".

"2007-ci ildən Bakıda bələdiyyə torpaq sata bilməz..."

Sabiq bələdiyyə sədri vurğulayıb ki, Yeni Suraxanı kəndindəki Şəhidlər Xiyabanını da özü təmir etdirib. Bu işlərdən ötrü büdcədə vəsait nəzərdə tutulmadığından vətəndaşlardan alınan pullardan istifadə olunub.

F.Quliyev bələdiyyə torpaqlarını satması barədə ittihamda yazılanlarla da razılaşmır və deyir ki, onun heç torpaq satmaq yetkisi olmayıb: "2007-ci ildən Bakıda bələdiyyə torpaq sata bilməz...".

F.Quliyevin 57 yaşı var. O, bələdiyyə sədri olmazdan öncə daxili işlər orqanlarında çalışıb. Onun suçlandığı maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG