Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:11

Martın 12-də Türkmənistanda növbədənkanar prezident seçkiləridir


Ata və oğul Qurbanqulu (sol) və Serdar Berdiməhəmmədovlar
Ata və oğul Qurbanqulu (sol) və Serdar Berdiməhəmmədovlar

Bir gün əvvəl rəsmi toplantıda çıxış edən Türkmənistan prezidenti hakimiyyəti “gənc liderlərə” vermək niyyətində olduğunu bildirib. Onun bu açıqlaması hakimiyyəti oğluna ötürməklə bağlı söz-söhbətlərin yayıldığı bir vaxta təsadüf edir

Qurbanqulu Berdiməhəmmədovun prezident kürsüsünü tərk edəcəyi ilə bağlı eyhamından az sonra Türkmənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin vaxtını açıqlayıb.

"Prezident bizə martın 12-də keçiriləcək növbədənkənar seçkilərə hazırlaşmağı tapşırıb", - AFP xəbər agentliyi Türkmənistan Mərkəzi Seçki Komissiyanın mətbuat katibi Bezirgen Qarriyevdən sitat gətirib.

Berdiməhəmmədov 'gənclərə yol vermək' niyyətini açıqlayıb

Türkmənistan prezidenti hakimiyyəti “gənc liderlərə” vermək niyyətində olduğunu bildirib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ötən ildən Türkmənistan parlamentinin yuxarı palatası olan Xalq Məsləhətinin növbədənkənar iclasında təqaüdə getmək istədiyini və hakimiyyəti "gənc liderlərə" ötürmək fikirində olduğunu deyib.

Onun bu açıqlaması hakimiyyəti oğluna ötürməklə bağlı söz-söhbətlərin yayıldığı bir vaxta təsadüf edir.

64 yaşlı avtoritar dövlət başçısı bu barədə fevralın 11-də Türkmənistan lideri kimi 15 illik yubileyini qeyd edərkən Xalq Məsləhətinin iclasında açıqlama verib.

Fevralın 11-də Xalq Məsləhətinin iclası ilə Nazirlər Kabinetinin birləşdirlmiş iclasında Berdiməhəmmədov düz 15 il əvvəl prezident seçildiyini qeyd edərək, yorulduğuna eyham vurub.

“Düz 15 ildir ki, mən çox yüksək və çox məsuliyyətli -Türkmənistan prezidenti vəzifəsində çalışıram. Eyni zamanda, mən Türkmənistan Nazirlər Kabinetinin sədri, Dövlət Təhlükəsizlik Şurasının sədri, Türkmənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Türkmənistanın Xalq Məsləhəti Milli Şurasının sədri kimi fəaliyyət göstərirəm”, - deyə Berdiməhəmmədov bildirib-rəsmi açıqlamada deyilir.

O, iki il əvvəl peyğəmbərlik yaşına çatdığını və "bu gün özü haqqında gəldiyi çətin bir qərarı müzakirə etmək" istədiyini vurğulayıb.

“Ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyinə gedən yolun mənəvi mühitdə və dövrümüzün yüksək tələblərinə uyğun tərbiyə almış gənc liderlərə verilməsi fikrini dəstəkləyirəm. Mən Xalq Məsləhətinin sədri kimi böyük həyat və siyasi təcrübəmi bundan sonra da bu sahəyə yönəltmək niyyətindəyəm”, - deyə Türkmənistan dövlət başçısı bildirib.

Bir müddətdir ki, Berdiməhəmmədovun hakimiyyəti sentyabrda 40 yaşı tamam olan və prezident olmaq üçün qanunla müəyyən edilmiş yaş həddinə çatan oğlu Serdar Berdiməhəmmədova ötürməyə cəhd edəcəyi ilə bağlı şayiələr dolaşır.

Serdar Berdiməhəmmədov keçən il baş nazirin müavini vəzifəsinə seçilib və hazırda bu, onun tutduğu bir neçə rəsmi vəzifədən biridir.

Xalq Şurasının iclasında iştirak edən Serdar Berdiməhəmmədov həm də ölkənin 2052-ci ilə qədər iqtisadi inkişaf planını təqdim edib.

Amma oğul Berdiməhəmmədov 30 illik planın təfərrüatlarına aydınlıq gətirmədiyi kimi ata Berdiməhəmmədov da nə vaxt istefa vermək niyyətində olduğunu açıqlamayıb.

XS
SM
MD
LG