Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:14

Ukrayna kəşfiyyatının rəhbəri: Rusiya nüvə silahına əl atmayacaq


Kirill Budanov
Kirill Budanov

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov əmindir ki, Rusiya nüvə silahından istifadəyə getməyəcək.

Bu barədə The Economist jurnalında dərc olunmuş məqalədə deyilir.

Budanov deyib:

“Kəşfiyyat rəhbəri kimi sizə qəti deyirəm: bu olmayacaq. Rusiya Federasiyasından nə qədər xoşlanmasam da deməliyəm ki, o ölkəyə başçılıq edənlərin arasında idiotlar elə də çox deyil”.

Budanov israr edir ki, sülh Rusiyanın strateji məğlubiyyəti olmadan və bu ölkədə hakimiyyətin formatı dəyişdirilmədən mümkün deyil:

“Ya bütün tərəflər eyni vaxtda müharibədən çıxacaq, ya da bir tərəf qalib gələcək, digər tərəf uduzacaq. Başqa variant yoxdur”.

Baydenin xəbərdarlığı və ABŞ-ın dəstəyi

İyunun 16-da Peterburq İqtisadi Forumunda çıxış edən Putin demişdi ki, əgər dövlətin mövcudluğuna təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər.

Bunun ardınca ABŞ prezidenti Co Bayden bəyan etmişdi ki, Putinin Ukrayna müharibəsində taktiki nüvə silahından istifadəyə əmr verməsi tamamilə realdır.

Buna baxmayaraq ABŞ Ukraynanın Rusiya müdaxiləsindən sonrakı bərpasına 1.3 milyard dollar ayırdığını bəyan edib.

Bu vəsaitin əsas hissəsi Ukraynanın enerji sisteminin və kritik infrastrukturunun bərpasına xərclənəcək.

Bu barədə məlumatı Londonda Ukraynanın bərpasına həsr olunmuş konfransda ABŞ-ın dövlət katibi Entoni Blinken verib.

XS
SM
MD
LG