Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:49

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

14:11 5.4.2016

Müdafiə Nazirliyi Facebook-da

Aprelin 5-dən Facebook sosial şəbəkəsində Azərbaycan Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatlar operativ şəkildə həmin səhifədə yerləşdiriləcək.

14:07 5.4.2016

«Qrad» icra nümayəndəliyinə düşüb

Qarşı tərəfdən atılan mərmilərdən biri Ağdam rayonu Əfətli kənd icra nümayəndəliyinə düşüb. «Report»un xəbərinə görə, mərmi «Qrad» qurğusundan atılıb.

«Partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin binaya xeyli ziyan dəyib», - rayon icra hakimiyyətindən bildirilib.

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl olaraq pozulmağa başlayıb. Hər iki tərəfdən itkilərin olduğu deyilir.

13:53 5.4.2016

Ağdamda mərmilər can alır

Orta məktəbi və evi "qrad"la vurublar
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Ağdam rayon prokurorluğu və polis şöbəsi cəbhədəki vəziyyətlə bağlı birgə məlumat yayıblar.

Məlumatda qeyd edilir ki, rayonun Sarıçoban, Əhmədağalı, Orta Qərvənd, Qaradağlı və Səfərli kəndləri aprelin 4-də artilleriya qurğularından intensiv atəşə tutulub:

«Saat 16:00 radələrində rayonun Sarıçoban kəndinin ərazisinə düşmüş 3 ədəd mərminin partlaması nəticəsində kənd sakini, 48 yaşlı İlqar Cəfərov qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Bir qədər sonra, Əhmədağalı kəndinin ərazisində yerləşən məscidin yaxınlığına mərmi düşüb. Nəticədə orada qoyun otaran kənd sakini, 62 yaşlı Qaraş Dadaşov qəlpə yarası alaraq hadisə yerində həlak olub. 30-a qədər qoyun-quzu tələf olub»,-deyə məlumatda bildirilir. Davamı

13:16 5.4.2016

Nazirlik: «Smerç»dən istifadə etməmişik

Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ istiqamətində «Smerç» reaktiv yaylım atəş sistemindən istifadə edilməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

APA-nın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında «Smerç» sistemi var. Lakin hələlik ondan istifadə edilməyib.

Ermənistan tərəfi Azərbaycan ordusunun onlara qarşı «Smerç» silahından istifadə etməsi barədə məlumat yaymışdı.

Davamı

XS
SM
MD
LG