Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:27

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

19:04 6.4.2016

Putinlə Nazarbayev Qarabağdan danışıblar

Rusiya prezidenti Vladimir Putinlə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev telefonla Dağlıq Qarabağdakı son durumu və iki ölkə arasındakı əməkdaşlığı müzakirə ediblər.

Bu barədə aprelin 6-da Kremlin mətbuat xidməti məlumat yayıb.

18:51 6.4.2016

4 mülki şəxs ölüb?

Son günlər atəşkəsin pozulması ilə bağlı cəbhə xəttində yerləşən Tərtər və Ağdam rayonlarında ölən və yaralanan mülki insanlarla bağlı rəsmi məlumatlar yayılıb.

Ağdam rayon prokurorluğu və polis şöbəsinin yaydığı məlumatda bildirilir ki, aprelin 4-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölən şəxs Əhmədağalı kəndinin 62 yaşlı sakini Qaraş Dadaşovdur. O, qoyun otararkən qəlpə yarası alıb və vəfat edib. Onun 30-a qədər qoyun-quzusunun da tələf olduğu bildirilir. Yaralılardan bir isə Dövlət Yanğın Mühafizə Hissəsinin əməkdaşı Akif Mustafayev olub. (Ətraflı)

18:07 6.4.2016

Həmsədrlər müdafiə naziri ilə görüşüb

Zakir Həsənov
Zakir Həsənov

“Prezident İlham Əliyevin əmrinə əsasən və Azərbaycan xalqının sülhsevərliyini nəzərə alaraq hərbi əməliyyatları dayandırdıq. Amma ələ edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs rejimi yenə də pozulmaqdadır”.

Müdafiə naziri Zakir Həsənov aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə belə deyib.

17:52 6.4.2016

Ceyms Uorlik: “Atəş dayandırılmalıdır”

“Biz prezident, xarici işlər naziri və müdafiə naziri ilə görüşdük. Həm hərbi, həm də mülki vətəndaşların ölümü ilə bağlı başsağlığı verdik”.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik aprelin 6-da jurnalistlərə deyib.

Davamı

XS
SM
MD
LG