Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:19

Çində pandemiya qadağaları yumşaldılır


Ağ vərəq Çində etiraz aksiyalarının simvoluna çevrilib
Ağ vərəq Çində etiraz aksiyalarının simvoluna çevrilib

Bu gün – dekabrın 2-də Çinin bir sıra şəhərlərində Covid məhdudiyyətləri, test, karantin qaydaları yüngülləşdirilib. Bu, ölkədə lokdaunların qaldırılması, daha böyük siyasi azadlıqlar tələbiylə etirazlar fonunda baş verib.

Ötən həftəsonu Çində onillərlə görünməmiş etiraz nümayişləri baş verib, ölkədə sərt pandemiya qaydalarından qəzəb və məyusluq bildirilib.

Çində etirazlar bir neçə şəhərə yayılıb
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Etirazların ardınca artıq bəzi yerlərdə qaydalar yüngülləşdirilir, gündəlik kütləvi test tələbi aradan qaldırılır. Bu yorucu qayda Pekinin sərt sıfır- Covid siyasətinin əsasını təşkil edir.

Hakimiyyət eyni zamanda küçələrə polis qüvvələri yerləşdirməklə etirazların qarşısını almağa çalışır. Onlayn senzura tam qüvvəsilə işləyir, əhaliyə nəzarət gücləndirilir.

Neqativ test nəticəsi tələbi ləğv olunur

Bu gündən ölkənin cənub-qərbi Çenqdu metropolisində ictimai yerlərə, metroya giriş üçün neqativ test nəticəsi göstərmək tələbi ləğv olunub. Yalnız “yüksək risk” zonasına getməməklə bağlı yaşıl sağlamlıq kodu tələb edilir.

Pekində isə səhiyyə orqanları xəstəxanalara göstəriş verib ki, son 48 saat ərzində neqativ PCR testi olmayanları da qəbul etsinlər.

Yanvarda Sian şəhərində PSR testi olmayan hamilə qadın xəstəxanaya qəbul edilməmiş, körpəsini itirmişdi. Bundan başqa, dörd aylıq körpə atasıyla birlikdə karantində qaldığı üçün vaxtında müalicə olunmayıb və vəfat edib.

Artır yoluxmalar qeydə alınan bir çox şəhərlərdə restoranlar, ticarət mərkəzlər, hətta məktəblər açıqdır. Bu, sərt lokdaun qaydalarının yumşalması deməkdir.

Urumçi

Urumçidə yanğında 10 nəfərin ölümü isə lokdauna qarşı etirazlara səbəb olub. Artıq cümə günündən bu şəhərdə də supermarketlər, otellər, restoranlar, xizək kurort mərkəzləri tədricən açılmağa başlayır.

Dörd milyondan çox əhalisi olan bu şəhərdə ən uzun lokdaun rejimi tətbiq olunub. Bəzi yerlər avqustun əvvəlindən bağlıdır.

Dövlətə məxsus “Xalq qəzeti” cümə günü təhlilində yazıb ki, bir sıra səhiyyə ekspertləri hökumətin yoluxanların evdə karantinə alınması tədbirini dəstəkləyir.

Mövcud qaydalara görəsə, yoluxanlar hökumət müəssisələrinə yerləşdirilir.

Koronavirus pandemiyasının ilk dəfə 2019-cu ilin sonunda Çində aşkarlandığı bildirilir. Bu virusa indiyədək 644 milyondan çox yoluxma aşkarlanıb, 6,6 milyon nəfər vəfat edib.

XS
SM
MD
LG