Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:24

DİN poliklinikasında saxta əlillik sənədləri hazırlanıb?


Bakı Apellyasiya Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsi

Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin tabeliyindəki 1 saylı poliklinikadan saxta əlillik dərəcəsi alındığı iddia edilir.

Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi Əliyar Məmmədov bununla bağlı cəzalandırılıb. Ona 9 il həbs cəzası kəsilib. Cinayət işinin materiallarında iddia olunur ki, o, sözügedən poliklinika rəisinin müavini ilə şəxsi münasibətlərindən yararlanıb.

Müavin vəzifəsində çalışan həm də həkim-məsləhət komissiyasının sədri olub. Nəticədə həmin poliklinikadan heç polis çalışmayan adamların adına xəstə olmalarına dair göndərişlər alınıb.

Bu göndərişlərdə poliklinikadakı həkim-məsləhət komissiyasının üzvü olan cərrah, nevropatoloq və terapevtin elektron imzalarından istifadə edilib.

Sənədlər Tibbi Sosial Ekspert Komissiyasına veriləndən sonra bunlara əsaslanaraq, o adamlara əlillik dərəcəsi təyin edilib və pensiyalar kəsilib.

168 min manatdan çox ziyan?

Bu adamların arasında aylıq pensiyası 669 manat olan da var. O, işin üstü açılanadək 8 min 479 manat alıb. Bütövlükdə isə bu üsulla düzələn pensiyalardan dövlətə 168 min manatdan çox ziyan dəydiyi iddia edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmədə mülki iddia qaldıraraq, sözügedən məbləği Əliyar Məmmədovdan tələb edib. Nazirliyin nümayəndəsi bildirib ki, onun hərəkəti nəticəsində bu qurumun büdcəsinə ziyan dəyib.

Sabiq baş həkim 168 min 828 manatlıq ziyanı ödəsə də, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və düşünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında 9 il həbs hökmünü çıxaranda faktları düzgün qiymətləndirməyib.

Əliyar Məmmədov deyir, onu təqsirləndirirlər ki, poliklinikanın rəis müavinini yetkilərindən sui-istifadəyə, vəzifə saxtakarlığına təhrik edib, ancaq məhz belə davrandığını təsdiqləyən heç bir sübut yoxdur.

Azərbaycanda 17 uşaqlı ailə necə dolanır?
Gözlə

No media source currently available

0:00 0:07:23 0:00

"Rəis müavini etiraf edib ki..."

“O, həm istintaqda, həm də məhkəmədəki ifadələrində etiraf edib ki, əlillik dərəcələrinin verilməsi üçün elektron göndərişləri özü tərtib edib, di gəl, sənədləri ona kimin verdiyini xatırlamır və məni də tanımır. Mən də onu tanımıram...” - Əliyar Məmmədovun sözləridir.

O, yalnız 5 nəfərlə bağlı Xocasən Sağlamlıq Mərkəzində elektron göndərişlərin tərtibində və həmin göndərişlərin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsində özünü qismən təqsirli bilir. Deyiyinə görə, bu məsələdə də verilən tibbi rəylərin saxta olmasından xəbərsiz idi:

“Mənim bununla bağlı heç bir marağım olmayıb. Heç kimdən də heç nə almamışam...”.

Əliyar Məmmədov hökmdən apelyasiya şikayəti versə də, nəticə dəyişməyib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG