Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:42

Qarabağ əlili: "Mən niyə donmalıyam?"


İllüstrasiya
İllüstrasiya

►“9 kvadratmetrlik daxmaya qaz çəkdirə bilmirəm”

“Qarabağ müharibəsində əlil olmuşam. 25 il neft-qaz sahəsində çalışmışam. Qazancımı da yalnız müalicəmə xərcləmişəm. Ev-eşik qura bilməmişəm. İndi qışın soyuğunda 9 kvadratmetrlik havasız daxmada donuram. Hökumət məni əziyyət çəkərək yaşamağa məhkum edib”.

Buna da bax: “MTN əməkdaşları artıq işsiz sayıla bilər”

“BİR DƏ BURA GƏLSƏN, EVİNİ SÖKDÜRƏCƏYİK”

Bunu deyən İlqar Nağıyev Yeni Binə qəsəbəsində qohumların köməyi ilə tikdirdiyi 9 kvadratmetrlik otağa qaz çəkdirə bilmir. O, AzadlıqRadiosunun “Qaynar xətt”inə bildirib ki, əvvəl “Azəriqaz”dan ona ərazinin qazlaşdırılmasının Dövlər Proqramna salındığını bildiriblər. Lakin sonrakı cavablarda bildirilib ki, qaz xəttini hər kəs öz hesabına çəkdirməlidir:

“Sosial durumumun yaxşılaşdırılmasına kömək edən yoxdur. Xəzər rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişəm. Bildirdilər ki, ərazi Abşeron rayon icra hakimiyyətinindir. Çox get-gəldən sonra dedilər ki, “bir də bura gəlsən, evini sökdürəcəyik”. Mən bilmək istəyirəm ki, bu özbaşınalıq haradan qaynaqlanır?.. Aldığım cüzi pensiya təkcə çörək puluna zorla çatır. Mən bu pensiyayla qaldığım daxmaya necə qaz çəkdirim? Məhəllədə yaşayan mənim kimi əlillər, qocalar, uşaqlar, xəstə insanlar soyuqdan necə qorunsunlar?”

Əlil məmur hədələrindən bezdiyini deyir:

“Sağlamlığımı Qarabağ müharibəsində qoyub gəlmişəm. Neçə illər ərzində yalnız qohumların köməkliyi ilə bir dəfə torpağını, bir dəfə daşını alıb kiçik bir daxma tikə bilmişəm. Onu da sökməklə hədələyirlər”.

Buna da bax: Yumurta yenə “ceyranın beli”ndə...

“AYLARLA ƏT, MEYVƏ YEYİRƏM?”

İlqar Nağıyevin dərdi təkcə bu deyil. Onun aldığı təqaüd yalnız çörəyə çatdığı üçün həkimlərin yazdığı dərman reseptlərini elə poliklinikadaca cırıb atdığını deyir:

“Gedirəm həkimə, uzun-uzadı bir resept yazır. Həkimin otağından çıxıram, elə dəhlizdəcə resepti cırıb atıram zibil qabına. İndiyə kimi azı iyirmi resept cırıb atmışam. Əlilə əvvəl dərmanın pulunu verərlər, sonra resept yazarlar. Dövlət əlilin qidalanmasına diqqət yetirməlidir. Heç xəbərləri varmı, mən aylarla ət, meyvə yeyirəm? Ancaq canım torpaq uğrunda fəda gedib”.

Xəzər rayon Qaz İstismar İdarəsindən bildiriblər ki, İlqar Nağıyevin yaşadığı ərazi 17.01.14 tarixli 232 saylı müvafiq sərəncamla “2014-2016 Dövlət Proqramı”na salınıb. Ərazidə qazlaşdırma işləri aparılmaqdadır. Bu işlər başa çatdıqdan sonra abonentlər ana xətdən özləri fərdi yaşayış evlərinə qaz xətti çəkməlidilər. Qanunda fərdi qaz çəkilişlərinin dövlət hesabına görülməsi müəyyən olunmayıb. Qaz İdarəsindən bildiriblər ki, İlqar Nağıyev Qarabağ əlili kimi yerli bələdiyyəyə müraciət edə bilər, bələdiyyə fondundan ona qaz xəttinin çəkilməsində yardım oluna bilər.

XS
SM
MD
LG