Partiya rəhbərinin maşınında güllə izi
İyunun 20-də səhər saatlarında Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən biri Arman Babacanyan avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir.
Bu haqda o, AzadlıqRadiosunun erməni xidmətinə danışıb. Siyasətçi özü ilə bağlı hər şeyin qaydasında olduğunu deyib.
Babacanyan maşını evin yaxınlığında saxladığını, amma güllə ya da başqa səs eşitmədiyini söyləyir.
Onun lideri olduğu blok siyasi mübarizəyə müdaxiləni hiddətlə qınadığını bəyan edib, insidenti bloka, onun liderlərinə, demokratik seçki prosesinə qarşı cinayət kimi dəyərləndirib.
Blok hüquq-mühafizə orqanlarından mümkün qədər tez zamanda cinayətkarların tapılmasını və cəzalandırılmasını tələb edir.
Polis hadisəni araşdırdığını bildirir.
Koçaryanın seçki bloku polisə müraciət edib
Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” ("Hayastan") bloku polisə müraciət edərək qanun pozuntularını aradan qaldırmağa çağırıb.
Müraciətdə blokun liderlərinin ünvanına təhqir və nifrət məzmunlu materiallar hazırlayanların, yayanların və bunun sifarişçilərinin üzə çıxarılması tələb olunur.
Bu haqda “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.
Müxalifət blokunun üzvləri qeyd edirlər ki, nifrət və təhqir dolu videolar artıq internetə də yüklənib.
“Ermənistan” bloku bəyan edir ki, polis məsələni araşdırmasa əks halda bütün bunların hakimiyyətin əməlləri kimi dəyərləndirəcək.
Blok həmçinin seçki günü çox sayda qanun pozuntularının baş verməsi haqda bəyanatla çıxış edib.
MSK-nın seçkidə iştirak haqqında ilk məlumatı
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Ermənistandakı erkən parlament seçkilərində saat 11: 00-a qədər iştirak göstəriciləri barədə məlumat verib.
Məlumatlara görə, bu saata qədər səsvermədə seçicilərin 12,2% -i (və ya 316,291 vətəndaş) iştirak edib.
Müqayisə üçün bildirilir ki, 2018-ciildə keçirilən erkən parlament seçkilərində eyni saata olan məlumata görə, seçicilərin 7.76% -i (201.250 vətəndaş )səsvermədə iştirak edib.
Paşinyan səsvermədən sonra jurnalistlərin sualalrını cavablandırmayıb
Ailə üzvləri isə seçki məntəqəsində olan Nikol Paşinyan səsvermədən sonra jurnalistlərin suallarına cavab verməyib.
AzadlıqRadiosunun məlumatına görə, o, seçki məntəqəsinnin qarşısında "Nikol, baş nazir!" şüarları səslənduirən tərəfdarları ilə şəkil çəkdirdikdən sonra ərazidən uzaqlaşıb.