“Ölkədə daxili siyasi sülhü və həmrəyliyi bərpa etməyin vaxtı gəldi..."
"Maariflənmiş Ermənistan" partiyasından namizəd Edmon Marukyan səsvermədən sonraçı müsahibəsində barışıq atmosferinin bərpasına alternativ olmayacağına ümid etdiyini bildirib:
“Ölkədə daxili siyasi sülhü və həmrəyliyi bərpa etməyin vaxtı gəldi. Bu əvvəllər də edilə bilərdi, amma seçkilər bu vəziyyətdə belə bir addım atmağımız üçün bir şansdır və bu mənada alternativimiz olmayacaq ... Daha böyük həqiqət naminə kiçik həqiqətlərimizi kənara qoymalıyıq dövlətimizin, dövlətçiliyimizin nə qədər böyük dəyəri varsa. Buna səs verdim ”deyə Marukyan vurğulayıb.
Paşinyan səsvermədən sonra jurnalistlərin sualalrını cavablandırmayıb
Ailə üzvləri isə seçki məntəqəsində olan Nikol Paşinyan səsvermədən sonra jurnalistlərin suallarına cavab verməyib.
AzadlıqRadiosunun məlumatına görə, o, seçki məntəqəsinnin qarşısında "Nikol, baş nazir!" şüarları səslənduirən tərəfdarları ilə şəkil çəkdirdikdən sonra ərazidən uzaqlaşıb.
MSK-nın seçkidə iştirak haqqında ilk məlumatı
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Ermənistandakı erkən parlament seçkilərində saat 11: 00-a qədər iştirak göstəriciləri barədə məlumat verib.
Məlumatlara görə, bu saata qədər səsvermədə seçicilərin 12,2% -i (və ya 316,291 vətəndaş) iştirak edib.
Müqayisə üçün bildirilir ki, 2018-ciildə keçirilən erkən parlament seçkilərində eyni saata olan məlumata görə, seçicilərin 7.76% -i (201.250 vətəndaş )səsvermədə iştirak edib.
Koçaryanın seçki bloku polisə müraciət edib
Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” ("Hayastan") bloku polisə müraciət edərək qanun pozuntularını aradan qaldırmağa çağırıb.
Müraciətdə blokun liderlərinin ünvanına təhqir və nifrət məzmunlu materiallar hazırlayanların, yayanların və bunun sifarişçilərinin üzə çıxarılması tələb olunur.
Bu haqda “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.
Müxalifət blokunun üzvləri qeyd edirlər ki, nifrət və təhqir dolu videolar artıq internetə də yüklənib.
“Ermənistan” bloku bəyan edir ki, polis məsələni araşdırmasa əks halda bütün bunların hakimiyyətin əməlləri kimi dəyərləndirəcək.
Blok həmçinin seçki günü çox sayda qanun pozuntularının baş verməsi haqda bəyanatla çıxış edib.