Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:25

Ermənistan Azərbaycan Müdafiə Nazirliyinin iddialarını təkzib edir


Ermənistan XİN-in binası
Ermənistan XİN-in binası

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun iyulun 25-də yazır ki, Azərbaycan Ermənistanı iddia olunduğuna görə sərhəd boyunca “təxribatlara” görə genişmiqyaslı hərbi hərəkətlə hədələyib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “son günlərdə Ermənistan Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törədib”.

Məlumatda “təxribatların” konkret olaraq nədən ibarət olduğu açıqlanmır.

Əvəzində nazirlik Azərbaycanın Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlığını bildirir:

“Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”.

Bəyanatda vurğulanır ki, “əgər Ermənistan və onun havadarları yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməsələr...Azərbaycan arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görəcəkdir”.

Ermənistan XİN-in reaksiyası

Azatutyun yazır ki, Ermənistanın Xarici İşlər Nazirliyi sözü gedən iddiaları dərhal təkzib edib.

Nazirliyin sözçüsü Ani Badalyan iyulun 25-də israr edib ki, Yerevan özünün “sülh gündəliyinə” sadiq qalır və “bu strategiyasını dəyişmək niyyətində deyilidir”.

Badayan xatırladıb ki, Bakı atəşkəs pozulmalarının birgə araşdırılmasına dair Yerevanın bu yaxlınlarda verdiyi təklifi cavabsız qoyub.

Badalyan bunu da vurğulayıb ki, Ermənistanın Fransa və başqa ölkələrdən silah alması “sırf onun beynəlxalq aləmdə tanınmış ərazilərinin müdafiəsi məqsədini güdür”.

Azatutyun xatırladır ki, Azərbaycan bu iddiaları iki ölkə xarici işlər nazirlərinin Vaşinqton görüşündən iki həftə sonra səsləndirib.

Peskov bundan bir gün əvvəl Yerevanı “Kiyevin taleyi” ilə hədələmişdi

Azatutyun başqa bir məqaləsində qeyd edir ki, bundan bir gün əvvəl, iyulun 24-də Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiyada keçirilən “Yeni medialar festivalı” tədbirində RIA Novosti müxbirinin Aİ-nin Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım ayırmasını şərh edərkən Moskvanın Yerevanın Qərblə əlaqələrdə “siyasi müdriklik” nümayiş etdirəcəyinə ümid bəslədiyini bildirib:

“Ermənistan suveren ölkədir və özünün qarşılıqlı münasibətlərində prioritetlərini özü seçir. Bu ölkə bizim üçün qardaş ölkədir. Biz Ermənistanın siyasi müdrikliyinə ümid edirik. Biz onun bu sayaq axtarışlarına hörmətlə yanaşırıq. Amma biz istəməzdik ki, bu axtarışlar vaxtilə Kiyev rejiminin seçdiyi rejimdə baş versin...”

Azatutyun yazır ki, rəsmi Yerevan bu bəyanata münasibət bildirməsə də, ölkə politoloqları Peskovun dediklərini Ermənistana birbaşa təhlükə hesab edirlər.

Onlardan bəziləri xəbərdarlıq edirlər ki, əgər Paşinyanın administrasiyası Qərbə doğru meyllənməkdə davam edərsə, Rusiya Bakını Ermənistana qarşı eskalasiyaya təhrik edə bilər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılıb.

Buna baxmayaraq iki ölkə arasında sülh müqaviləsi hələ də imzalanmayıb.

XS
SM
MD
LG