Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:39

Fethullah Gulen danışdı: «Çevriliş baş tutsaydı belə...»


ABŞ-da yaşayan Fətullah Gülən müxbirlərlə danışır. Saylorsburg, Pennsilvaniya, 16 iyul, 2016
ABŞ-da yaşayan Fətullah Gülən müxbirlərlə danışır. Saylorsburg, Pennsilvaniya, 16 iyul, 2016

-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hökumətini Pennsilvaniya ştatında yaşayan müsəlman ruhanini təhvil verməyə çağırıb.

Amerikanın Səsi-nin məlumatına görə, televiziyada yayımlanan çıxışda Ərdoğan deyib ki, Türkiyə heç vaxt ABŞ-ın təhvil xahişini yerə salmayıb. O, Ankara ilə Vaşinqton arasında “strateji tərəfdaşlıq” arqumentini əsas gətirərək Saylorsburg qəsəbəsində yaşayan Fətullah Gülənin onun hökumətinə təhvil verilməsini tələb edib.

ABŞ Dövlət Katibi Con Kerri Obama administrasiyasının bu xahişi nəzərdən keçirməyə hazır olduğunu bildirib, lakin qeyd edib ki, Türkiyə hökuməti Gülənin çevrilişdə əli olduğunu sübut etməlidir.

Gülən ABŞ-ın şimal şərqində yerləşən Pennsilvaniya ştatındakı iqamətgahında müxbirlərlə söhbətində çevriliş haqda qabaqcadan məlumatlı olduğunu inkar edib. Gülən deyib ki, ona rəğbət bəsləyənlərin çox cüzi bir kəsimi ilə tanışdır - ona görə də tərəfdarlarını çevriliş cəhdində potensial iştirakı haqda danışa bilməz.

“Bu cəhddə bulunanların müxtəlif səbəbləri ola bilər. Onlar müxalifət tərəfdarları ola bilərlər. Onlar millətçi ola bilərlər. Hər şey ola bilər," deyə 15 ildir Amerikada yaşayan Gülən tərcüməçi vasitəsilə müxbirlərə bldirib.

Vətən həsrəti ürəyimi yandırır, amma azadlıq da eyni dərəcədə mühümdür

Yaşı 70-lərdə olan Gülən hətta çevriliş baş tutsaydı belə “təqib və təhdidlər” üzündən Türkiyəyə qayıtmış olmayacağını bəyan edib.

“Bura sakit və təmiz yerdir,” deyə yaşadığı Pennsilvaniyadakı yaşıl meşələrlə dolu mühiti təsvir edib. “Və mən burada azad yaşamaqdan məmnunam.” O, sonra əlavə edib: “Vətən həsrəti ürəyimi yandırır, amma azadlıq da eyni dərəcədə mühümdür.”

Şənbə günü Gülənin Saylorsburg qəsəbəsindəki evi qarşısında Ərdoğan tərəfdarları etiraz aksiyası təşkil ediblər.

Sabiq siyasi müttəfiqlər olmuş Ərdoğan və Gülən arasında münasibətlər ötən illərdə pozulub. Buna səbəb kimi Gülən Ərdoğanın ölkədə siyasi azadlıqlara basqılarını əsas gətirib.

XS
SM
MD
LG