Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:50

Deputatlığa namizədin Seçki Məcəlləsini pozduğu bildirilir


Günay Ağamalı
Günay Ağamalı

Rəsmi nəticələrə görə, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputat seçilmiş Günay Ağamalının təbliğat-təşviqat zamanı seçicilərə mükafat vəd edərək Seçki Məcəlləsini pozduğu bildirilir. Bu haqda AzadlıqRadiosuna həmin dairədən namizədliyini irəli sürmüş Rəşad Dadaşov məlumat verib.

G.Ağamalının seçki qərargahının sosial şəbəkələrdə yaydığı videolarda onun seçkiqabağı təşviqat zamanı seçicilərə 600-dən yuxarı bal toplayan abituriyentlərə, 9-11-ci sinif şagirdlərinə xüsusi mükafatlar vəd etdiyi görünür.

R.Dadaşov G.Ağamalının seçki bukletində də həmin vədin yer aldığını, rəqibinin bununla seçicilərin iradəsinə təsir etməklə səs qazanmağa çalışdığını bildirir.

Günay Ağamalının seçki təbliğatı
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Seçki Məcəlləsinin 88-ci maddəsində seçicilərə mükafatlandırma vəd etmək qadağandır.

R.Dadaşov Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət təqdim olunduğunu bildirib. O, sentyabrın 12-də MSK-ya çağrıldığını sözlərinə əlavə edib.

AzadlıqRadiosu G.Ağamalıdan əlavə açıqlama ala bilməyib.

MSK-dan "Turan"a bildirilib ki, icraatda 20 şikayət var: "Sabahkı (13 sentyabr) iclasda da şikayətlərə baxılacaq. Müraciətlərin hamısına diqqətlə və şəffaf şəkildə baxılacaq".

G.Ağamalı 1995-ci ildən Milli Məclisin üzvü olmuş Fəzail Ağamalının qızıdır.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. ATƏT DTİHB ölkədəki şərtlərin seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan vermədiyini bildirib. MSK isə hesab edir ki, seçkilər yüksək səviyyədə keçirilib.

Azərbaycanın yeni mirasçıları: Millət vəkili əslində övladını deputat edə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:08:46 0:00

XS
SM
MD
LG