Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:50

Hərbi polisin maliyyə xidmətinin keçmiş rəhbərinə 11 il həbs


Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Azərbaycan əsgəri nə yeyib-içir?

Müdafiə Nazirliyinin tabeliyindəki Hərbi Polis İdarəsinin maliyyə xidmətinə rəhbərlik etmiş Sadiq Hacıyevə 11 il həbs cəzası kəsilib. İyunun 24-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub.

S.Hacıyev Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan biridir. Onun özü təxminən 1.5 milyon manatlıq mənimsəmədə ittiham olunur. Bakı Hərbi Məhkəməsi də onun təqsirli olması qənaətinə gəlib.

Amma S.Hacıyev özünü qismən təqsirli bilir. O, məhkəmədə deyib ki, işlədiyi qurumlarda qiymət şişirtməsi nəticəsində külli miqdarda yeyinti olurdu. Onun sözlərinə görə, mənimsənilən vəsaitin bir hissəsi də ona çatırdı.

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

"Bu qədər pul görməmişəm"

Lakin S.Hacıyev ittihamda göstərilən 1 milyon yarımı qəbul etmir. Deyir ki, ona çatan məbləğ dəfələrlə az olub: "Mən özbaşına hərəkət etməmişəm. Necə deyiblər, elə də olub. Mənə 1 milyon yarımlıq ittiham veriblər. Bununla qətiyyən razı deyiləm. Bu qədər pul görməmişəm".

S.Hacıyev vurğulayıb ki, maliyyə sənədləri məhv edildiyinə görə mənimsənilən vəsaitin xeyli az olduğunu sübut edə bilmir. "Sənədlər məhv edilib. Bunun da günahkarı mən deyiləm", - o bildirib.

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçirib. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi general-mayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Məlikməmməd Qurbanov, Mənzil İstismar İdarəsinin keçmiş rəisi Fikrət Mirzəyev də daxil 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub. Onların arasında Hərbi Hava Qüvvələri, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin maliyyə idarələrinin keçmiş rəisləri də var.

DTX-nın İstintaq İdarəsində ilyarıma yaxın çəkən cinayət işində Müdafiə Nazirliyi sistemində ümumilikdə 143 milyonluq yeyintidən söhbət gedir. İddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, avadanlıq alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifədən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham verilib.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunan şəxslərin işləri sonradan ayrı-ayrılıqda məhkəməyə göndərilib. Onlardan bəziləri tək mühakimə olunsa da, bəziləri qrup şəklində hakim önünə çıxarılır.

XS
SM
MD
LG