Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:08

Hikmət Hacıyev 'Zəngəzur dəhlizi' barədə: 'Bu layihə bizim üçün artıq cazibədarlığını itirib...'


Hikmət Hacıyev
Hikmət Hacıyev

Politico portalı yazır ki, Azərbaycanın yüksək vəzifəli rəsmiləri Bakının qonşu ölkənin ərazisindən strateji dəhliz açmaq üçün müharibəyə hazırlaşmasına dair iddiaları rədd ediblər. Onlar, əksinə israr edirlər ki, Ermənistanla uzunmüddətli sülh müqaviləsi tezliklə imzalana bilər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehranda rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin çox qısa müddətdə bağlanması üçün real imkanlar var.

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev Politico saytına deyib ki, onun ölkəsinin Naxçıvana dəhliz açılması üçün Ermənistanın Syunik ərazisini zəbt etmək planı yoxdur.

Hacıyev bildirib ki, “bu layihə onun ölkəsi üçün artıq “cazibədarlığını” itirib” və Azərbaycan bunu İran ərazisi ilə də edə bilər:

“Bizim gündəliyimiz ikitərəfli danışıqlar çərçivəsində nəqliyyat bağları və əlaqələrinin qurulması idi. Layihə hələ də masa üstündədir, lakin Ermənistan tərəfi bunda həqiqətən də maraqlı olduğunu göstərməlidir”.

Avropanın vasitəçiliyi təhlükə altındadır?

Politico yazır ki, Bakı və Tehran yolun İran ərazisi ilə çəkilməsi barədə razılaşma əldə ediblər, amma Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi çərçivəsində və “suverenlik güzəştə gedilmədən” dəhlizin Syunikdən açıla biləcəyinə hələ də ümid var.

Ermənistan tərəfi bildirir ki, regional kommunikasiyaların açılmasına tərəfdardır, amma onun ərazisindən keçən nəqliyyat marşrutları Yerevanın nəzarətində olmalıdır.

Politico xatırladır ki, Ermənistanın Avropa İttifaqındakı yeni səfiri Tiqran Balayan onun ölkəsinin yaxın həftələrdə Azərbaycan tərəfindən müdaxilə gözlədiyini demişdi.

Məqalədə deyilir ki, Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında bu ay keçirilməli olan görüşün təxirə salınması Avropa İttifaqı vasitəçiliyinin təhlükə altında olmasını göstərir. Amma Avropa rəsmiləri bildirirlər ki, İttifaq bu məsələdə nüfuzunu itirdiyini düşünmür, sadəcə olaraq təşkilatçılıq işləri daha uzun çəkir.

'3+3-ün gələcəyi yoxdur' - Tbilisidə Əliyevlə Ərdoğanın təklif etdiyi formatın çökəcəyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

Noyabr bəyanatına görə, Naxçıvan və Azərbaycan arasında yolların Ermənistandan keçən hissəsinə Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Yerevan qəti şəkildə ərazisindən keçəcək hər hansı yollara ölkənin öz sərhədçilərinin nəzarət etməli olduğunu bildirir.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib. Azərbaycan oktyabrın 15-də Xankəndiyə və Qarabağdakı bir sıra digər şəhərlərə bayraq sancıb.

XS
SM
MD
LG