Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:08
İntiqam Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

İntiqam Əliyev azadlıqda

İntiqam Əliyevin evindən reportaj [Video]

Dünyaca tanınmış hüquq-müdafiəçisi İntiqam Əliyevin cəzası 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb.

Martın 28-də Ali Məhkəmənin Plenumu hüquq müdafiəçisi İntiqam Əliyevin işinə yenidən baxıb. Bu dəfə məhkəməyə Baş prokuror Zakir Qaralov müraciət edib. O, İntiqam Əliyev haqqında cəzanın ağır olmasından, şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb.

Baş prokurorun bu müraciətinin nəylə nəticələndiyini aşağıda izləyin.

19:23 28.3.2016

İntiqam Əliyev: "İkili hisslər keçirirəm"

Azadlıqda ilk müsahibəsini AzadlıqRadiosuna verən İntiqam Əliyev deyib:

"İkili hisslər keçirirəm. Bir tərəfdən, desəm ki sevinmirəm, yalan olar. Sevinirəm. Çünki.. " (Ətraflı)

19:17 28.3.2016

İntiqam Əliyev evə buraxıldı

Hüquq müdafiəçisi İntiqam Əliyev həbsxanadan buraxılıb. Bu barədə hüquq müdafiəçisi Anar Məmmədli məlumat verib. Qeyd edək ki, jurnalistlər İ.Əliyevi həbsxananın qarşısında xeyli gözləsələr də, bir müddət onlara elan edilib ki, hüquq müdafiəçisi artıq evinə buraxılıb.

17:45 28.3.2016

15:42 28.3.2016

AŞPA alqışladı

​Hüquqşunas İntiqam Əliyevin azadlığa buraxılması ilə bağlı Ali Məhkəmənin qərarına beynəlxalq qurumlardan ilk reaksiya Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntdan gəlib.

O, Twitter hesabından qərarı alqışlayıb:

Agramun ikinci postunda yazıb ki, bu, düzgün yöndə addımdır: "Azərbaycan ədliyyəsi daim əsl müstəqillik nümayiş etdirməlidir"

Ali Məhkəmə martın 28-də Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan prezidenti İntiqam Əliyevin azadlığa buraxılmasına qərar verib. Qərar baş prokurorun protesti əsasına çıxarılıb.“Hüquq müdafiəçisinin azadlığa buraxılması qərarını alqışlayıram. Bu, doğru addımdır” - yazan AŞPA prezidenti qeyd edib ki, Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Davamı

XS
SM
MD
LG