Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:44

İrandan Kann festivalına ‘icazəsiz’ gedənlərə xəbərdarlıq olunub


İranlı kinorejissorlar Kannda edamlara belə etiraz ediblər
İranlı kinorejissorlar Kannda edamlara belə etiraz ediblər

İranda Mədəniyyət və İslami İrşad Nazirliyi Kino Təşkilatının rəhbəri ölkənin kino industriyasına xəbərdarlıq edib.

Təşkilatın rəhbəri Məhəmməd Xəzayi Tehrandan icazə almadan Kann Film Festivalına qoşulanlara və müxalif fikirlilərə qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Xəzayi deyib ki, bu ayın əvvəlində Fransanın çimərlik kurortuna festivala gedənlər “müxalifət paltarı geyinərək” İran kino sənayesində işləyə bilməyəcəklər.

Müxalif fikirli rejissor Məhəmməd Rəsolofun “There Is No Evil” filmi festivalda iştirak etsə də, rejissor tədbirə buraxılmayıb. O, həbsxanadan bir müddət əvvəl çıxıb.

Modelin etirazı

Yenə də bir çox İran əsilli məşhurlar festivala qatılıb və ölkədə repressiyalara, müxalifətə qarşı dövlət zorakılığına son qoyulması tələbi ilə çıxış ediblər. İranlı model Mahlaqa Caberi festivala boynunda edam ipi olan geyimdə qatılıb.

Xəzayi filmlərin dini mövzulara uyğun gəlməməsindən də narahatlığını bildirib. “Hansı səbəbdən olursa olsun, İranda və xaricdə qeyri-qanuni, lisenziyasız filmlərlə işləyən, İran əleyhinə işləyən hər kəslə əlaqələrimizi kəsəcəyik”, – Xəzayi xəbərdarlıq edib.

Bu, aktyorlardan, prodüserlərdən tutmuş, texniki heyətə qədər kino sahəsinin bütün aspektlərini əhatələyir, kino təşkilatının rəhbəri əlavə edib.

Xəzainin şərhləri, çox güman ki, Fərşad Haşeminin “Mən, Məryəm, uşaqlar və başqa 26 nəfər” filminə yönəlib. Film İran Müstəqil Kinorejissorlar Assosiasiyası tərəfindən “Marché du Film”də (Kann Film Bazarı) nümayiş etdirilib. Film İranda, İslam Respublikasının senzura qanunlarına, o cümlədən aktrisalar üçün məcburi baş örtüyünə riayət edilmədən çəkilib.

Etirazlar

İranın “hicab və iffət” qanunu doqquz yaşından yuxarı qadın və qızların ictimai yerlərdə hicab taxmasını məcburi edir. Ancaq 22-yaşlı Məhsa Əmininin ölümündən sonra bu cür vətəndaş itaətsizliyi başlayıb. Əmini guya hicab qaydalarını pozduğu üçün əxlaq polisi tərəfindən həbs edildikdən sonra həyatını itirib.

Etirazların səngiməkdə olduğu görünsə də, analitiklərə görə, hicaba müqavimət artacaq. Çünki hicab dövlətin qadınlara və cəmiyyətə təzyiqinin simvolu kimi görünür.

Rejissor Həmid Porazari də daxil olmaqla, çoxsaylı İran kinematoqrafçıları və tanınmış simaları da polisə çağırılıb və ya həbs edilib.

Digər məşhurlar, o cümlədən İranın tanınmış aktrisaları Afsane Bayeqan, Fateme Mutamed-Arya, Katayun RiyahiPanteya Bəhram etirazlara dəstək vermək üçün, hicab taxmadan ictimaiyyət qarşısına çıxdıqdan sonra sorğu-sual edilib və barələrində hüquqi tədbirlər görülməyə başlanılıb.

XS
SM
MD
LG