Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:27

İranlıların boykot dilemması: seçkiyə getməkmi, getməməkmi?


İranda prezident seçkisində səsvermə
İranda prezident seçkisində səsvermə

İyunun 28-də İranda prezident seçkisinə elektoratın 60 faizindən çoxu getməyib. Baxmayaraq ki, bu səsvermə növbəti prezidentin Ali dini lider Əli Xameneinin varisliyində roluna görə vacib sayılırdı.

Seçkidə namizədlərin heç biri gərəkən 50 faizi yığa bilmədiyindən iyulun 5-də islahatçı Məsud Pezeşkianla sərt xətt tərəfdarı mühafizəkar, keçmiş nüvə danışıqçısı Səid Cəlili arasında ikinci tur keçirilməlidir.

Ölkədə və xaricdə dissidentlər genişmiqyaslı boykot çağırışları edib, son seçkilərdən bəri heç bir dəyişikliyin baş vermədiyini deyiblər. Bundan sonra seçkidə rekord zəif seçici fəallığı qeydə alınıb.

Getdikcə azalan seçici fəallığı

AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, İranda 2020-ci ildən bəri seçici fəallığı azalmağa doğru gedib, bunun bir səbəbi azadlıqların olmaması, iqtisadiyyatın axsaması, həyat standartlarının pisləşməsidir.

Son böyük seçkilərdə seçici fəallığının azalması həm də koordinasiyalı vətəndaş itaətsizliyinin birbaşa nəticəsidir ki, bu da məyus ictimaiyyətə narazılıqlarını hakimiyyətə çatdırmağa şərait yaradır. Bunu isə AzadlıqRadiosunun "Radio Fərda" fars xidmətinə İsveçdə yaşayan iranlı siyasi fəal Mahdiyə Gülru deyib.

İran və digər ölkələrdən azı 50 siyasi fəal kütləni iyulun 5-nə gözlənən səsverməni boykotu davam etdirməyə çağırıb.

"Xüsusi seçilmiş və gücsüz namizədlərlə bağlı istənilən siyasi iştirak, yaxud səsvermə qaranlıq və acı zarafatdır", - həbsdə olan Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin də yer aldığı fəallar iyunun 30-da bəyanatda bildiriblər.

Onların mövqeyincə, islam respublikasının "saxta" ssenarilərindən kənar qalmaqla ictimaiyyət güc mövqeyi əldə edəcək, rejimin çöküşü sürətlənəcək.

Qorxu faktoru

28 iyun seçkisindən sonra təhlilçilər AzadlıqRadiosuna deyiblər ki, daha bir sərt xətt tərəfdarı prezidentin hakimiyyətə gəlmək qorxusu birinci tura getməyənləri ikinci tura gedib Pezeşkiana səs verməyə vadar edə bilər.

Görünür, elə Pezeşkian və tərəfdarları da sosial mediada buna fokuslanır, boykot tərəfdarlarını ona səs verməyə inandırmağa çalışırlar.

Pezeşkian iyunun 30-da X platformasında yazıb ki, "İranın gələcəyi təhlükədədir", ölkəni yalnız yüksək seçici fəallığı xilas edə bilər.

Ancaq seçiciləri inandırmaq asan iş deyil. Müşahidəçilər Pezeşkianın əsl islahatçı obrazına şübhə salaraq qeyd edirlər ki, o, əsasən, Xameneinin siyasətini dəstəkləyib, klerik isteblişmentin məqsədlərinə nisbətən ziyansız təsiri bağışlayır.

Bəzilərinin fikrincə, Pezeşkian gərək islahatlar üçün aydın cızılmış platforma təqdim etsin ki, müxalif fikirli seçicilər də ona səs versinlər.

Bəziləri isə Cəlilinin prezidentliyinin təhlükəli tərəflərinə diqqət çəkilər. Onlar xəbərdarlıq edirlər ki, Cəlili qadınlar üçün məcburi hicab qadağasını daha da gücləndirə, İranı Şimali Koreyaya oxşar total qlobal təcridə apara bilər.

İranda prezident seçkisində səslərin sayılması
İranda prezident seçkisində səslərin sayılması

Siyasi apatiya

K.Şərifi yazır ki, boykot məsələsi alınmasa belə, seçici apatiyası ciddi əngəl olaraq qalır.

M.Pezeşkian İranın hicab qadağanı metodlarını tənqid etsə də, Xameneinin siyasətinə dəstək bildirib.

İranda boykotu dəstəkləməyənlərin bəziləri səsvermənin mənasının olub-olmadığını sual edir.

İslahatpərəst hərəkatla əlaqəli sənədli film rejissoru Hüseyn Dehbaşi X platformasında soruşub ki, sonucda hökumətin nəyisə edib-etməməsi məhdudlaşdırılırsa, "pislə daha pis arasında bir fərq varmı".

İranda çoxları elə bu fikirdədir, - bunu isə Fransada yaşayan sosioloq Səid Peyvəndi söyləyir.

"İran cəmiyyəti daha vədlərə asanlıqla aldanmır, çünki onun inamına dəfələrlə xəyanət edilib", - Peyvəndi "Radio Fərda"ya bildirib. Onun sözlərinə görə, islam respublikası xalqın şikayətlərini heç vaxt anlamayıb, indi isə isteblişmentə etimad puça çıxıb.

XS
SM
MD
LG